Ərdoğan xanım müğənninin klipində çəkildi - Video
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan gənc müğənni Həbibənin "Gülümsə" adlı klipində rol alıb. Başı örtülü, amma müasir olan müğənninin Türkiyə baş nazirindən görüntülərini klipdə istifadə etmək üçün icazə almasının qəribə hekayəti var. Həbibə bunu gördüyü bir yuxu ilə əlaqələndirir. O, yuxusunu söyləyir: "Gördüm ki, biri gəlib "səni gözləyirlər" deyir, tələsik evdən çıxıram. Hava yağışlı idi. Böyük bir avtomobilə minirəm, sürücü yerində baş nazir oturub. Şoka girirəm. Deyir ki, "Sən söz yazmısan, klip çəkmisən. Səni məcbur edirlər ki, məni çıxarasan. Əsla imtina etmə". Və bir mail ünvanı verir, yalnız 3 adamda olduğunu söyləyir. Ünvanı yazırdım ki, yuxudan oyandım". Ondan sonra qız gördüyü yuxunun özünə bir işarə olduğunu düşünür. Hicablı müğənni kişilərlə əllə görüşmədiyi üçün baş nazirlə görüşmək üçün özünə əlcək də alıb. Mədinədə doğulmuş Həbibənin ana dili ərəbcədir və türkcəni sonradan öyrənib. Atası konyalı bir türk, anası isə diyarbəkirli kürd qadındır. İlk və natamam orta təhsilini Səudiyyə Ərəbistanında alıb, daha sonra İstanbulda lisey bitirib. Həm də müəllimlik edir və 250 şagirdə Qurandan dərs keçir. Həm də Quran hafizidir.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR