» » Ordumuzda insident: əsgər öz yoldaşını yaraladı

Ordumuzda insident: əsgər öz yoldaşını yaraladı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 04 iyul 2014
//
Bölmə: Hadisə
Ordumuzda insident: əsgər öz yoldaşını yaraladı



Azərbaycan Ordusunda silahlı insident olub
APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb.

Azərbaycan Ordusunun əsgəri Elnur Bəxtiyar oğlu Muradovun tabeliyindəki avtomat silahdan açılan atəş onun hərbçi yoldaşı, əsgər Vurğun Mayis oğlu Əliyevə dəyib. Nəticədə güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Faktla bağlı hərbi prokurorluq tərəfindən araşdırma aparılır.





QafqazPRESS.az
banner125x125 banner125x125