Ordumuzun əsgəri özünü güllələdi
Azərbaycan Ordusu daha bir əsgərini itirib
APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin qərb bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri Xəlilov Orxan Lazım oğlu tabeliyindəki xidməti silahından açılan atəş nəticəsində dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Baş vermiş hadisə ilə bağlı hərbi prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR