Samuxda yanğın olub - Ölən var
Samux rayonunda, fərdi evdə baş verən yanğın ölümlə nəticələnib.
Qafqazpress.az.-ın məlumatına görə, hadisə rayonun Abbas Qasımov küçəsində qeydə alınıb.
Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub.
Ölən şəxs Samux rayon sakini, 1972-ci il təvəllüdlü Hüseynov Habil Mikayıl oğludur. Onun tüstüdən zəhərlənərək öldüyü bildirilir.
O, hadisə zamanı evdə tək olub. Faktla bağlı araşdırma aparılır.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR