Angela Merkel paltardəyişmə otağında
Braziliyada keçirilən futbol üzrə dünya çempionatında dünən oynanmış Almaniya-Portuqaliya matçını tribunalardan seyr edənlər arasında Almaniyanın baş naziri Angela Merkel də vardı.
Milli.Az Bild-ə istinadən bildirir ki, DÇ-2006-dan bəri ölkəsinin yığmasının matçlarını izləyən 59 yaşlı bundeskanslerin dediyinə görə, fanatik futbol pərəstişkarıdır.
O, Almaniya-Portuqaliya oyununu emosional şəkildə izləyib, almanların hər qol vurmasından sonra yerindən atılaraq qışqırıb.
Braziliyanın Salvador şəhərində oynanan və almanların 4:0 hesablı qələbəsi ilə başa çatan matçdan sonra Angela Merkel komandanın paltardəyişmə otağına yollanaraq zəfəri futbolçularla birlikdə bayram edib. Daha sonra isə bundeskansler futbolçularla birlikdə şəkil də çəkdirib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR