Sarkisyan Rusiyadan küsüb - “Buna qarşı durmaq imkanımız məhduddur”
“Avropanın təhlükəsizliyini təhdid edən Azərbaycan regionu qaynar zonaya çevirib”.
“Qafqazinfo” Ermənistan KİV-ə istinadən xəbər verir ki, belə bir açıqlama ilə Berlində kansler Angela Merkellə görüşən Serj Sarkisyan çıxış edib. Sarkisyan, həmçinin, bildirib ki, Rusiya Azərbaycana silah satsa da, Ermənistanın strateji partnyoru olaraq qalacaq:
“Rusiya həqiqətən də bizim strateji müttəfiqimizdir və biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləriyik. Biz Rusiya və bu təşkilata üzv olan digər ölkələrin Azərbaycana silah satmağa davam etməsinə həssaslıqla yanaşırıq. Lakin bizim buna qarşı durmaq imkanlarımız məhduddur.
Azərbaycan müasir silahlara sahibdir. Son üç gün göstərdi ki, onlardan istifadə edir. Lakin güc müasir silah və tanklarda deyil, inamdadır. Bu da erməni xalqında var”.
Angela Merkel isə bildirib ki, Almaniya ATƏT sədri kimi münaqişənin nizama salınmasında məsuliyyət daşıyan Minsk qrupunu xüsusi şəkildə dəstəkləməyə hazırlaşır.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR