» » DÇ-2014: Braziliya - Almaniya oyununda səkkiz qol və antirekord

DÇ-2014: Braziliya - Almaniya oyununda səkkiz qol və antirekord

Müəllif: Sevinc Novruzova
//
Tarix: 09 iyul 2014
//
Bölmə: İdman
DÇ-2014: Braziliya - Almaniya oyununda səkkiz qol və antirekord




09.07.2014
03:39

Braziliyada keçirilən futbol üzrə dünya çempionatında yarımfinal mərhələsinin ilk oyunu keçirilib. Milli.Az apasport.az-a istinadən bildirir ki, Braziliya - Almaniya görüşündə ilk finalçı müəyyənləşib.

Tərəflər dünya çempionatları tarixində yalnız 1 dəfə üz-üzə gəliblər. Bu, 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilən mundialın finalında olub. Həmin vaxt Braziliya Almaniyanı Ronaldonun dublu ilə 2:0 hesabı ilə məğlub edərək, 5-ci dəfə dünya çempionu olmaqla, “pentakampeonlar” ləqəbini qazanmışdı.

12 ildən sonra tərəflər yenə üz-üzə gəliblər. Bu dəfə isə Braziliya meydan sahibi qismində almanlara qarşı mübarizə aparıb. Zədəli Neymar və cəzalı Tyaqo Silvanın oynamamasına baxmayaraq, braziliyalıların şansları Almaniyaya nisbətən üstün sayılırdı. Amma almanlar yarımfinal oyununda Braziliyaya heç bir şans verməyiblər. Almaniya 7:1 hesabı ilə möhtəşəm qələbə qazanıb.

Komandalar bu görüşə qədər ümumilikdə 21 dəfə qarşılaşıb. Bu görüşlərdə Braziliyanın aşkar üstünlüyü hökm sürür. 12 matçda Cənubi Amerika, 4-də isə Avropa təmsilçisi qalib gəlib. 5 görüşdə isə heç-heçə qeydə alınıb. Top fərqində də braziliyalılar üstündür – 39:24.

DÇ-2014 , 1/2 final
9 iyul

Braziliya – Almaniya - 1:7

Qollar: Oskar, 90+2 - Müller, 11; Kloze, 23; Kroos, 24; 26; Hedira, 29; Şürle, 69; 79

Baş hakim: Marko Rodriges (Meksika)

Belo Horizonte. “Mineyran” stadionu

Braziliya: Sezar, Luis, Fernandinyo, Marselo, Halk, Fred, Oskar, Dante, Qustavo, Bernard, Maykon

Almaniya: Noyer, Hövedes, Hummels, Xedira, Şvaynştayqer, Özil, Kloze, Müller, Lam, Kroos, Boatenq

----------
01:47

Milli.Az bildirir ki, dünya çempionatının ilk yarımfinal qarşılaşmasında Almaniya və Braziliya milliləri üz-üzədirlər. Birinci hissə bitib və "pentakampeonlar" azarkeşlərini bir dəfə də olsun sevindirməyiblər. Əvəzində isə Almaniya təmsilçisi ilk hissədə beş qol vurub.

Yarımfinal mərhələsi

Braziliya 0 - 5 Almaniya
Qollar: 11` T.Müller, 23` M.Kloze, 24`, 26` T.Kroos, 29` S.Xedira


-----------------
08.07.2014
11:14

Bu gün artıq dünya çempionatının ilk yarımfinal qarşılaşması baş tutacaq. Marafonun sonuna yaxınlaşdıqca çempionata maraq daha da artır. Bu gün Braziliya və Almaniya milliləri arasında ilk yarımfinal qarşılaşması baş tutacaq. Bu görüş Bakı vaxtı ilə saat 01:00-da baş tutacaq.

9 iyul

Yarımfinal mərhələsi

01:00. Braziliya - Almaniya
Baş hakim: Marko Rodriqes (Meksika)

10 iyul

01:00. Hollandiya - Argentina
Baş hakim: Cüneyt Çakır (Türkiyə)




QafqazPRESS.az
banner125x125 banner125x125