Bakıda özbək boksçu xəstəxanalıq oldu
Bakıda 10-cu dəfə təşkil olunan boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirinin ilk günü insidentlə yadda qalıb.
Qafqazpress.az--ın məlumatına görə, Bakı Boks Mərkəzində təşkil olunan ənənəvi yarışın 64 kq çəki dərəcəsində xoşagəlməz hadisə baş verib.
Belə ki, Elnur Əliyevlə Özbəkistan boksçusu arasında gedən döyüşdə qonaq idmançı başından ağır zədələnib. Boks Mərkəzinin yaxınlığında təcili tibbi yardım maşını olmadığından onun hadisə yerinə gəlməsi yarım saat çəkib.
Özbək boksçunu 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparıblar.
Qeyd edək ki, Azərbaycan bu turnirdə 10 çəki dərəcəsi üzrə 34 idmançı ilə təmsil olunur. Turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Mərakeş, İraq, Türkiyə, Türkmənistan və Gürcüstan idmançıları da iştirak edir.
117 idmançının gücünü yoxladığı “Böyük İpək Yolu”nun final görüşləri aprelin 1-də olacaq
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR