» » Su sərfiyyatı bu ay ərzində hansı tariflə hesablanacaq? – RƏSMİ

Su sərfiyyatı bu ay ərzində hansı tariflə hesablanacaq? – RƏSMİ

Müəllif: Səma Zərdablı
//
Tarix: 01 fevral 2021
//
Bölmə: İqtisadiyyat
Su sərfiyyatı bu ay ərzində hansı tariflə hesablanacaq? – RƏSMİ


“Mexaniki su sayğaclarında sərfiyyatın müəyyən olunması üçün “Azərsu” ASC-nin İnformasiya Kommunikasiya Texnologiyaları Departamenti tərəfindən xüsusi proqram təminatı hazırlanır”.
Turkustan.info bildirir ki, bunu “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
O bildirib ki, hazırlanan proqram üzərində yekun işlər gedir:
“Heç bir insan amili olmadan abonentlərin sayğac göstərişləri qeydə alınacaq. Həmin proqram təminatı sayəsində abonentlər ilk və son oxunmanın göstəricilərini görəcəklər. Məsələn, yanvarın 15-də sayğacı oxunan abonentin fevralın 15-də yenidən sayğac göstəricilərinə baxıldıqda proqram avtomatik orta günlük su sərfiyyatını (yəni 30-31 günlük) hesablayacaq.
Tutaq ki, vətəndaş 30 gün su işlədibsə, onun 15 kub/metr su sərfiyyatı köhnə tariflə (50 qəpik), 15 kub isə yeni tariflərlə (1 manat) hesablanacaq. Hər hansı qaranlıq məqam olarsa, biz vətəndaşların bütün suallarına açığıq. Vətəndaş üçün qaranlıq qalan məqamlar onların xeyrinə həll olunacaqdır, lakin biz belə bir məqamın müşahidə ediləcəyini düşünmürük. Abonentlərin hüquqlarının pozulması ola bilməz”. (oxu.az)
banner125x125 banner125x125