27 milyonluq şəkil
Klod Monenin əl işi olan “Küpələr” Nyu-Yorkda baş tutan Christie's hərrac 27 milyon dollar satılb.
ANS PRESS-in məlumatına görə, ötən gün axşam saatlarında keçirilən tədbir barədə dəyərli incəsənət və klassik rəsmlər evinin mətbuat mərkəzi yüksək qiymətə satılan əl işlərindən danışıb. Klod Monenin “Nympheas” adlı əsəri 1907-ci ildə Fransanın Jiverna əyalətində ərsəyə gəlib. Əsər 80 ildən artıq Xyqetta Klarkın kolleksiyasında qorunub. X.Klark ABŞ-in tarixində ən imkanlı insanlardan birinin qızı olub, 2011-ci ildə isə 104 yaşında vəfat edib.
Ticarəti təşkil edən şəxslər aksiyada 27,045 milyona satılan əsərin 25-35 milyon dollar arasında satılacağını öncədən planladıqlarını bildiriblər. “Küpələr”in bu dəfə ki, satış qiyməti Klodun rekordunu təzələyə bilməyib, 2008-ci ildə Monenin 1919-ci ildə çəkdiyi rəsm əsəri 80,4 milyon dollara satılıb.
Hərracda satılan daha bir dəyərli rəsm əsəri isə Pablo Pokassonun "Dora Maar" (qadın rəsmi) adlı əsəri olub, Pablo bu rəsmdə sevgilisi olan dor Maarı əks edib. Onun əl işləri isə alman vətəndaşı olan Viktor tərəfindən satışa çıxarılıb. Əsər 22,565 milyon dollara yeni sahibinə təhvil verilib. 1909-cu ildə ərsəyə gəlmiş Vasiliy Kandinskinin əsəri isə 17,189 milyon dollara satılıb.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR