» » ABŞ Nəqliyyat Departamenti: "Azərbaycanla birbaşa hava reyslərinin açılması iki ölkə üçün müsbət irəliləyişdir"

ABŞ Nəqliyyat Departamenti: "Azərbaycanla birbaşa hava reyslərinin açılması iki ölkə üçün müsbət irəliləyişdir"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 30 may 2014
//
Bölmə: İqtisadiyyat
ABŞ Nəqliyyat Departamenti: "Azərbaycanla birbaşa hava reyslərinin açılması iki ölkə üçün müsbət irəliləyişdir"



ABŞ və Azərbaycan arasında birbaşa hava reyslərinin açılması iki ölkə üçün müsbət irəliləyişdir
Bunu Trend-ə ABŞ nəqliyyat nazirinin aviasiya və beynəlxalq məsələlər üzrə köməkçisi Suzan Kurland (Susan Kurland) bildirib.

S.Kurland qeyd edib: "Bu kimi reyslər tərəfdaşlıq, ticarət, turizm və iqtisadi artımı təşviq edə bilər".

Onun sözlərinə görə, mayın 21-də "Azərbaycan Hava Yolları" QSC ABŞ Nəqliyyat Departamentindən Bakı - Nyu-York uçuşlarını həyata keçirməyə imkan verən ilkin iqtisadi lisenziya alıb: "Hava nəqliyyatı daşıyıcısı ABŞ-ın Federal Aviasiya Administrasiyası, Nəqliyyat Təhlükəsizliyi Administrasiyası, Gömrük və Sərhəd Mühafizəsi İdarəsi kimi dövlət orqanlarından lazımi səlahiyyətləri aldıqdan və Nyu-Yorkdakı yerli hava limanı orqanları ilə lazımi tədbirlər gördükdən sonra fəaliyyətə başlaya bilər".

Gələcəkdə Azərbaycandan ABŞ-ın digər şəhərlərinə birbaşa reyslərin həyata keçirilməsi məsələsi toxunan S.Kurland bildirib ki, ABŞ əlavə xidmətlər üçün gələcəkdə müraciətlərə baxa bilər: "ABŞ və Azərbaycan tərəfi mümkün "Açıq səma" hava nəqliyyat sazişi üzərində müzakirələr aparır. "Açıq səma" sazişi Azərbaycanın hava nəqliyyat daşıyıcılarına ölkənin bütün nöqtələrindən ABŞ-ın hər bir nöqtəsinə reyslər həyata keçirmək hüququ verəcək".



QafqazPRESS.az
banner125x125 banner125x125