» » Azərbaycan polisinə "nömrə" gəlmək neçəyədir? - QİYMƏTLƏR

Azərbaycan polisinə "nömrə" gəlmək neçəyədir? - QİYMƏTLƏR

Müəllif: Sevinc Novruzova
//
Tarix: 05 iyun 2014
//
Bölmə: İqtisadiyyat
Azərbaycan polisinə "nömrə" gəlmək neçəyədir? - QİYMƏTLƏR


Azərbaycanda sürücülər avtomobillərini qaydalar çərçivəsində idarə etmək əvəzinə, cərimələrdən yayınmaq üçün qanunda öz xeyrləri naminə boşluq axtarırlar
Milli.Az-a daxil olan müraciətlər arasında sürücülərin avtomobildə anti-radarın yerləşdirilməsi ilə bağlı məqam da var. Onlar bu qurğunun yerləşdirilməsinə görə cərimə olunub-olunmayacağını bilmək istəyirlər. Belə avadanlığa görə cərimə olunacaqlarını qeyri-rəsmi olaraq bilsələr də, bunu məntiqsizlik hesab edirlər.

Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Milli.Az-a açıqlamasında bildirdi ki, bu məsələ İnzibati Xətalar Məcəlləsinin 155.7-ci maddəsi ilə tənzimlənir. Nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə cərimə nəzərdə tutulub.

Şöbə rəisinin sözlərinə görə, burada söhbət sürəti ölçməyə və ölçmə cihazlarının işinə mane olan və digər qurğulardan gedir. Bu radar detektorlar da ola bilər ki, nəqliyyat vasitəsinin sürətinin ölçməsinə və işləməsinə mane olur. Bütün bu hallara görə, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə beş yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə edilir.




QafqazPRESS.az
banner125x125 banner125x125