BAKIDA KİFLƏNMİŞ YOĞURT SATILIR- DİQQƏT
Paytaxtda fəaliyyət göstərən marketlərin birində kiflənmiş “Fruttis” yoğurtları satılır.
Qafqazpress.az xəbər verir ki, bu barədə məlumatı əməkdar jurnalist Ləman Ələşrəfqızı yayıb.
O, sözügedən yoğurtun fotosunu paylaşaraq, bu sözləri yazıb:
“Bu şəkli mənə dostlarımdan biri atıb. Səhər marketdən alıb, istehsal tarixi bitməyib. Gəl ki, üstündə ot bitib. Yoğurt elə məhsuldur ki, xüsusilə uşaqlarımıza alırıq. Mənim eşitdiyimə görə, işbazlar vaxtı keçən məhsulların üstündəki tarixi silib, yeni tarix yazmaqdan belə çəkinmirlər. Bu yaxınlarda mənim də başıma gəlmişdi. Türkiyə istehsalı “Labne” aldım, o da eynən belə çıxdı. Özü də “Labne” bahalıdır. Pula da heyf, canımıza da”.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR