» » DİQQƏT- MARKETLƏRDƏ ZƏHƏRLİ BALIQ SATILIR

DİQQƏT- MARKETLƏRDƏ ZƏHƏRLİ BALIQ SATILIR

Müəllif: Səma Zərdablı
//
Tarix: 07 mart 2019
//
Bölmə: Sosial
 DİQQƏT- MARKETLƏRDƏ ZƏHƏRLİ BALIQ SATILIR


Panqasius və ya basa balığı — tərkibində kimyəvi maddələr, bakteriyalar, hormonlar, ağır metallar olan və sağlamlıq üçün çox təhlükəli balıqdır.
Qafqazpress.az. xəbər verir ki, ölkəmizdə də satılan bu balığın ətinin tərkibində yüksək miqdarda arsen, həmçinin, polixlor bifenil kimi bir sıra toksik və sağlamlıq üçün təhlükəli maddələr mövcuddur.
Bu balığı nə üçün yemək olmaz?
İş burasındadır ki, bu balıq əsasən dünyada ən çirkli çaylardan biri sayılan Vyetnamda yerləşən Mekonq çayında yetişdirilir. Bu çaya kimyəvi zavodların tullantıları, kanalizasiya suları və s. axıdılır. Sahibkarlar isə yetişdirdikləri balıqları süni geni dəyişdirilmiş qidalarla qidalandırırlar.
Panqasius balığı dünyanın bir çox kasıb ölkələrinə ixrac edilən çox ucuz balıq növüdür. İnsanlar onun sağlamlılq üçün təhlükəsindən xəbərsiz halda alaraq istifadə edirlər.
Maraqlıdır ki, balığın dondurulması zamanı da Mekonq çayının suyundan istifadə edilir. Balıqların tez böyüməsi üçün Çindən gətirilən homonlardan istifadə edilir.
Araşdırmalar göstərir ki, bu balığın istifadəsi qaraciyər çatışmazlığına, qan xəstəliklərinə daxili orqanlarının iflasına gətirib çıxarır.
Buna görə də ölkəmizdə də çox satılan bu balığı alıb istifadə etməzdən əvvəl sağlamlığınız haqda düşünün. Medicina.az
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125