» » Kərə yağının dişlərə inanılmaz faydası

Kərə yağının dişlərə inanılmaz faydası

Müəllif: Səma Zərdablı
//
Tarix: 16 aprel 2019
//
Bölmə: İqtisadiyyat
 Kərə yağının dişlərə inanılmaz faydası

Son illər dünyada sağlam həyat tərzi hakimdir. Dünya ulduzlarından tutmuş model və blogerlərə qədər kəs faydalı məhsulları təbliğ edir. Qluten, laktoza və ət istehlakını azaltmağa çalışırıq. Aldığımız ərzaqların tərkibini diqqətlə oxuyuruq. Lakin diş həkimlərinin sayı xeyli artmaqdadır, çünki müasir insanların dişləri vaxtından əvvəl pisləşməyə başlayıb.
Qafqazpress.az xarici mətbuata istinadən xəbər verir ki, amerikalı stomatoloq Veston Prays müasir şəhər sakinlərinin dişlərinin niyə zəif olması ilə bağlı tədqiqat aparıb. O, toxunulmamış sivilizasiyaları öyrənmək üçün dünyanın bir çox ölkələri ilə yanaşı planetimizin ən nadir guşələrinə çoxlu səyahətlər edib. Stomatoloq düz 10 il vəhşi qidalanmanı müşahidə edib. Məlum olub ki, Avstraliya aborigenlərinin dişləri əla vəziyyətdədir.
Tədqiqatın nəticələri göstərib ki, çürüklər müasir bir xəstəlikdir və ibtidai cəmiyyətlərdə bu xəstəliyin mövcud olduğunu sübut edən hər hansı qalıqlar yoxdur. Həkim Prays araşdırmalarında ənənəvi şərtlərdə yaşayan eskimosları, hindu tayfaları, Avstraliya aboriginləri, Yeni Zelandiya maoriləri, yerli Afrika tayfalarının nümayəndələri və İsveçrənin Leçental vadisinin sakinlərini təsvir edib.
Diş həkimi müasir sivilizasiyalardan uzaq olan bölgələri ziyarət edərkən sağlamlıq baxımından olduqca mükəmməl olan sakinlərin yaşadığı kəndləri tapıb. Ən maraqlısı odur ki, kənd sakinləri diş çürüklərindən əziyyət çəkməyib, onlarda sadəcə diş əyrilikləri müşahidə olunub ki, bu da onların həyat şəraiti nəticəsində yaranır. Hətta yaşlı insanlarda diş minasının tam emalı zamanı pulpa sağlam qalıb. Bu da imkan vermir ki, bakteriyalar bədənə daxil olsun. Prays diş möhkəmliyinin gündəlik yeməklərdən birbaşa asılı olduğunu aşkar edib.
Doktorun sözlərinə görə, müxtəlif süd məhsullarından yağ əldə edən xalqların dişləri daha möhkəmdir. Bunlar qoyun, dəvə və inək südündə yemək bişirən İsveçrə Alpları, Ərəblər və Asiya qruplarıdır. Dişlərin sağlamlığına görə ikinci yerdə heyvanların daxili orqanları, vəhşi quşların yumurtaları ilə bəslənən xalqlar dayanır.
Siyahını müxtəlif dəniz məhsulları, kiçik heyvanlar və həşərat yeyən xalqlar davam etdirir. Prays qeyd edib ki, o, bütün araşdırma boyu yalnız faydalı bitki və tərəvəzlərlə dolanan, eyni zamanda möhkəm dişləri olan heç bir insanla tanış olmayıb. Bütün tayfalar bir çox fermentləşdirilmiş qidalardan və əlavələrdən istifadə edir: toxum, taxıl və qoz-fındığı mütləq isladır, tannin və fitik turşusunu neytrallaşdırmaq üçün mütləq cücərdirdilər.
Müasir şəhər əhalisinin problemi ondan ibarətdir ki, mineral və vitamin aclığı hiss etmir, ancaq istilik və enerji. Bu, torpağın keyfiyyəti, məhsulların sənaye emalı və sintetik vitaminlərlə bağlıdır. Həkimin sözlərinə görə, sivilizasiyadan təcrid olunmuş sakinlərin rasionunda suda həll olunan vitaminlər, kalsium və digər mineral maddələr 4 dəfə, yağda həll olunan vitaminlər isə təxminən 10 dəfə daha çoxdur.
Bu maddə və vitaminlər ancaq kərə yağı, kürü, yumurta və digər bu kimi heyvan məhsullarından əldə edilə bilər. Bunlar bizim zərərli hesab etdiyimiz xolesterinli qidalardır. Amma nahaq yerə. Demək olar ki, bütün vegetarianlarda B12 vitamini çatışmazlığı var. Bu vitamin ehtiyacını hər gün bir porsiya ət və ya ayda bir porsiya molyuska ilə əvəz etmək olar.
Veston Prays hesab edir ki, vitamin və mineralların bədəndə sovrulması üçün ən yaxşı məhsul təbii kərə yağıdır. Daha yaxşı effekt əldə etmək üçün onu bərabər miqdarda treska qaraciyər yağı ilə qarışdırmaq olar. Bu, sizi sağlamlığınız üçün təhlükəli ola biləcək böyük miqdarda balıq yağı qəbulundan xilas edəcək (böyük dozada balıq yağı depressiyaya səbəb olur).
Bir çox qidalar vitaminlərlə zəngin olsa da, minerallar baxımdan yoxsuldur. Gündəlik rasionu hazırlayarkən bunun nəzərə alınması lazımdır. Məsələn gündəlik fosfor ehtiyacını ödəmək üçün 30 kiloqram alma və ya 15 portağal yemək lazımdır. Lakin mərci şorbası gündəlik fosfor ehtiyacını ödəyə bilər. Beləliklə, bu qənaətə gəlirik ki, ən sağlam pəhriz müxtəlif növ məhsullarla qidalanmadır. Şəkər isə artıq zəifləmiş emalı məhv edə bilər.
bəttə ki, qluten, laktoza və ya qırmızı ətə allergiyası olan insanlar az deyil. Lakin bu, o demək deyil ki, onlar hamı üçün zərərlidir. Hər şeydən əvvəl sağlamlığınızı düşünmək və bədənin ehtiyaclarına əsaslanan pəhriz tərtib etmək lazımdır. Əgər kökəlməkdən qorxursunuzsa, sadacə porsiyalara nəzarət edin və idman edin.
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125