» » Məşhur vəhhabi terrorçu öldürüldü

Məşhur vəhhabi terrorçu öldürüldü

Müəllif: Sevinc Novruzova
//
Tarix: 01 may 2014
//
Bölmə: Kriminal
Məşhur vəhhabi terrorçu öldürüldü



“Cundul-Məlahim” briqadasının lideri Cisir Şugur qəssabı ləqəbli Əbdussəlim Feyzo qətl edildi.

Milli.Az islam.az-a istinadən bildirir ki, dünən Laziqiyyə ətrafında gedən döyüşlərdə "Cundul-Məlahim" briqadasının rəhbəri Feyzo ilə birlikdə onlarla terrorçu ordu tərəfindən məhv edilib.

Feyzo 6 iyun 2011 tarixində Cisir-Şuğur qəsəbəsində 120 əsgər və polisi amansızca qətl etməklə Suriya üsyanının qanlı muharibəyə çevrilməsinə səbəb oldu. Bu hadisədən sonra Cisir-Şuğur qəssabı ləqəbini aldı. Daha sonra isə Türkiyəyə gələrək Güveççi kəndində hərbi təlim düşərgəsi yaradıb Suriya ordusuna qarşı terrorçu yetişdirməyə başladı və İdlib ətrafındakı qarşıdurmalara rəhbərlik etdi.

2012-ci il 26 sentyabrda isə Türkiyə sərhəddində yerləşən Hirbət əl-Coz kəndində 40 əsgərin qətlə yetirilməsini planlaşdırdı.


QafqazPRESS.az
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125