» » Vəhşət: "Ana" doğuş zamanı körpəsini doğradı

Vəhşət: "Ana" doğuş zamanı körpəsini doğradı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 09 iyun 2014
//
Bölmə: Kriminal
Vəhşət: "Ana" doğuş zamanı körpəsini doğradı


Türkiyədə tükürpədici hadisə baş verib. ANS PRESS-in məlumatına görə, 43 yaşlı qadın dünyaya gətirməyə hazırlaşdığı körpəsini vəhşicəsinə öldürüb.
Hadisə Kayseri şəhərində cərəyan edib. Belə ki, 43 yaşlı qadın ərindən boşanıb. H.Y adlı 22 yaşlı oğlu ilə tək yaşamağa başlayıb.

Lakin münasibətlərindən biri zamanı o hamilə qalıb. Ətrafındakılara qarnının şişməsini onda şiş olması ilə izah edib. Hamiləliyinin 8-ci ayında dərman içərək uşağı düşürməyə çalışıb. Lakin buna nail ola bilməyib və erkən doğuş başlayıb.

İddiaya görə, qadın tərs gələn körpənin ayağını qayçı ilə kəsib. Körpəni ana bətnindəcə parçalamağı düşünən qadın bu istəyinə nail ola bilməyib. Vəziyyətinin pisləşdiyini görə, qadın təcili yardıma zəng edib. Həkimlərin köməyi ilə bir ayağı kəsilən və ana bətnində ölən körpə alınıb.

Polis axtarışdan sonra hələ doğulmamış körpənin kəsilən ayağını qadının evində tapıb.
Qadının ruhi vəziyyətinin yoxlanması üçün onun əsəb dispanserində müayinə ediləcəyi gözlənilir.



QafqazPRESS.az
banner125x125 banner125x125