» » Ramil Səfərovun atası danışdı

Ramil Səfərovun atası danışdı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 25 aprel 2014
//
Bölmə: Sosial
Ramil Səfərovun atası danışdı




"Sarkisyanın Ramil Səfərovla bağlı göstərişi havadan asılı qalacaq. Onlar Ramil Səfərova nə edə bilərlər? Oğlumun mühafizəsi yüksək səviyyədə təşkil olunur. Müdafiə, xarici işlər, milli təhlükəsizlik nazirlikləri var. Onlar bu məsələ ilə məşğul olurlar". Bunu Teleqraf.com-a açıqlamasında mayor Ramil Səfərovun atası Sahib Səfərov Ermənistan prezidenti Serj Sarkisyanın zabitimizə qarşı xüsusi tədbirlər görülməsilə bağlı göstərişinə münasibət olaraq bildirib. S.Səfərov onu da qeyd etdi ki, o, R.Səfərov ekstradisiya olunandan sonra mətbuata heç bir açıqlama vermir: "Oğlumla bağlı mətbuata mən heç nə danışmıram. Bütün məsələlərə dövlət özü baxır". Qeyd edək ki, erməni zabiti Qurgen Markaryanı öldürən R.Səfərov Macarıstan məhkəməsi tərəfindən ömürlük azadlıqdan məhrum edilsə də, Azərbaycan dövləti onun ekstradisiyasnına nail olub. Zabitimizin azad olunmasına çox qəzəbli reaksiya verən Ermənistan prezidenti buna görə Azərbaycandan qisas alacaqlarını açıq bəyan etmişdi. Sarkisyan 2012-ci ilin sentyabrında İrəvanda Milli Təhlükəsizlik Şurasının keçirilən toplantısında R.Səfərovun azadlığa buraxılmasına dözmək fikrində olmadıqlarını və cavab addımları atacaqlarını bildirib. Sarkisyan toplantıda Ermənistanın atacağı cavab addımlarını isə belə sadalayıb: “İlk addım atılıb, Baş Qərargah rəisinə qoşunların yüksək hazırlıq vəziyyətinə gətirilməsi barədə əmr verilib. Bu, zəruri şərtdir. İkincisi, Qorik Qurgeneviç (Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Qorik Akopyan-red.), iclasdan sonra yanıma gəlin, mənim sizə xüsusi tapşırığım var”. Xüsusi tapşırığın R.Səfərovu aradan götürməkdən ibarət olduğu bildirilir.




QafqazPRESS.az
banner125x125 banner125x125