Leyla Yunus sərbəst buraxıldı
Hüquq müdafiəçisi Leyla Yunusun dindirilməsi başa çatıb
16:20
APA-nın Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin qarşısında olan əməkdaşının verdiyi məlumata görə, Leyla Yunus bir neçə dəqiqə əvvəl vəkili Xalid Bağırovla birgə idarəni tərk edib.
Jurnalistlərin suallarını cavablandıran Leyla Yunus nədə ittiham olunduğunu bilmədiyini deyib: “Mənə, əsasən, bir müddət əvvəl tutulan jurnalist Rauf Mirqədirovla bağlı suallar ünvanladılar. Onunla əlaqələrimə aydınlıq gətirməyimi istədilər. Mən də həmin suallara cavabımda Rauf Mirqədirovu yaxşı jurnalist kimi tanıdığımı və onunla bir neçə tədbirdə iştirak etdiyimi dedim”.
Qeyd edək ki, hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunus dünən axşam saatlarında Bakı aeroportunda saxlanılıblar. Onların Bakı-Doha aviareysini həyata keçirən təyyarəyə minərkən saxlanıldıqları bildirilir.
----------
09:09
Hüquq müdafiəçisi Leyla Yunusla həyat yoldaşı Arif Yunus saxlanılıblar. Bu barədə APA-ya vəkil Fuad Ağayev məlumat verib.
Vəkilin sözlərinə görə, Leyla Yunusla həyat yoldaşı Bakı aeroportunda saxlanılıblar. Onların Bakı-Doha aviareysini həyata keçirən təyyarəyə minərkən saxlanıldıqları bildirilir.
Yunus ailəsinə evlərində və ofislərində axtarış aparılacağı bildirilib. Onlar isə həyata keçiriləcək bütün tədbirlərin vəkil vasitəsilə aparılmasını tələb ediblər.
Məlumata görə, saxlanılan şəxslər vəkil olaraq Xalid Bağırovu tələb ediblər.
X. Bağırov APA-ya açıqlamasında faktı təsdiqləyib. O deyib ki, bir qədər əvvəl hava limanında olsa da, ona heç bir məlumat verilməyib və saxlanılan şəxslərlə görüşməsi mümkün olmayıb: “Amma onlar indi də hava limanındadırlar. Hazırda hüquq-mühafizə orqanları onların yüklərində axtarış aparır. Bundan sonra isə evlərində və ofislərində axtarış aparılacağı gözlənilir”.
Qeyd edək ki, vəkil Fuad Ağayev bir müddət öncə Türkiyədən Bakıya gələrkən saxlanılmış Rauf Mirqədriovun vəkilidir. R. Mirqədirov Ermənistan xüsusi xidmət orqanları ilə əlaqədə ittiham olunur. Onunla bağlı cinayət işində adı keçən şəxslərdən biri də Leyla Yunusdur.
Leyla Yunus “Amerikanın Səsi”nə bildirib ki, onlarla bağlı yoxlanış aparılıb: “Bizim çamadanlarımızı, sumkalarımızı yoxladılar, sənədlərimizi və kompüterimizi götürüblər. İndi evimizdə və ofisimizdə axtarış aparacaqlar”.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR