MƏMMƏDYAROVUN İRAN SƏFƏRİNDƏ NƏ MÜZAKİRƏ EDİLƏCƏK?
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İrana səfərinin detalları məlum olub.
Qafqazpress.az xəbər verir ki, bu barədə diplomatik mənbədən məlumat verilib.
Məlumata əsasən, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov 9 martda İrana səfər edəcək.
Nazir Məmmədyarovun İrana səfəri çərçivəsində Şimal-Cənub dəhlizi, Rəşt-Astara dəmiryolu haqda müzakirələr aparılacaq.
Səfərdə iki ölkə əlaqələri, əlaqələrin inkişafı, regional məsələlər haqda danışıqlar olacaq.
Xatırladaq ki, mətbuat konfransı zamanı Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva Elmar Məmmədyarovun mart ayında İrana səfərinin planlaşdırıldığını demişdi.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR