Leyla Yunus: `Sizi güllələmək lazımdır` – VİDEO
`Hüquq müdafiəçisi cinayətkarların məhv edilməsini istəyir `
Hüquq müdafiəçisi Leyla Yunus dünən istər hüquq-mühafizə orqanlarının əməkdaşları, istərsə də jurnalistlərlə aqressiv davranması ilə diqqəti çəkib. Amma onun dediyi bir ifadə daha çox maraq doğurur.
Belə ki, hüquq müdafiəçisi ilə polis əməkdaşlarının arasında belə bir dialoq olub:
- Sizi həbsxanaya dürtmək lazımdır. Daha yaxşısı isə, güllələmək...
- ...Və bunu deyən `hüquq müdafiəçisi` adlanır?
- Hüquq müdafiəçiləri cinayətkarların məhv edilməsini istəyir!
Qəribədir. Necə yəni `Hüquq müdafiəçiləri cinayətkarların məhv edilməsini istəyir`? Axı əslində tam əksinə olmalıdır. Cinayətkarların da hüquqları var və hüquq müdafiəçisi onların da qorunmasına çalışmalıdır. Ümumiyyətlə, məqsəd onları yalnız islah edib, cəmiyyətə qaytarmaqdır, məhv etmək yoz.
Dediyi bu sözlərlə Leyla Yunus onu ortaya qoyur ki, əslində heç də hüquq müdafiəçisi deyil.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR