» » "Qarabağ" qəzeti çap olunmalıdır - Qulu Məhərrəmli

"Qarabağ" qəzeti çap olunmalıdır - Qulu Məhərrəmli

Müəllif: Səma Zərdablı
//
Tarix: 11 noyabr 2020
//
Bölmə: Mədəniyyət
"Qarabağ" qəzeti çap olunmalıdır - Qulu Məhərrəmli


Bu təkliflə KONKRET.az-a açıqlamasında telejurnalist Qulu Məhərrəmli bildirib.

Qulu Məhərrəmli qeyd edib ki, işğal olunmuş ərazilər bərpa olunursa, yenidənqurma və abadlıq işləri gedirsə, onların informasiya təminatı da olmalıdır: Ona görə də hesab edirəm ki, AzTV-nin Şuşa təmsilçisi vardı, o, yenidən bərpa olunmaldır. Eləcə də digər televiziyalar öz ofislərini qura bilərlər. Əlbəttə bunlar bölgədə işlər başlayadan sonra olacaq. Amma bu gün ciddi hazırlıq işləri aparılmalıdır. Proqramlar və layihələr düşünülməlidir. “Qarabağ” qəzeti çap olunmalıdır. Ümumiyyətlə, hər gün bizim əsas mövzulardan biri Qarabağ olmalıdır. Bilirsiniz ki, bölgədə çətin günlər başlayır. Sülhməramlılar, ermənilərin yenidən dirçəlməsi kimi məsələlər çox ciddir mövzulardır. Biz bunu yaddan çıxarmalı deyilik”.
banner125x125 banner125x125