Alim Qasımov prezident üçün muğam oxudu (VİDEO)
Ötən gün prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılışında iştirak ediblər. Mərasim zamanı muğam səsləndirilib.
ANS PRESS-in məlumatına görə, bu zaman masa arxasında oturan xalq artisti Alim Qasımov ayağa qalxaraq xanəndəyə qoşulub. Bir neçə dəqiqə ifadan sonra o xanəndəyə müraciətlə "keç təsnifə ay bala" deyərək ifasını bitirib.
A.Qasımovun ifası prezident İlham Əliyev və xanımı tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, tədbirin sonunda prezident İlham Əliyevə milli musiqi aləti olan tar və kamança hədiyyə olunub.
Daha sonra prezident İlham Əliyevə Milli Konservatoriyanın maketi təqdim olundu, gələcəkdə burada görüləcək işlər barədə məlumat verilib. Dövlət yaradılan şəraitlə tanış olub.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR