Azərbaycanlı teleaparıcılar evləndilər
RTV-nin “Gün başladı” verilişinin aparıcıları Heydər Əliyev mərkəzində nikah bağlayılar
Milli.Az xəbər verir ki, "Regional" Televiziyanın səhər verilişi olan “Gün başladı”nın aparıcıları Şaiq Ağayev və Nuranə Nurəhmədova münasibətlərini rəsmiləşdiriblər. Mərasim Heydər Əliyevin 91 illik yubileyi ərəfəsində Xaçmaz rayonunda yerləşən ulu öndərin adını daşıyan mərkəzdə baş tutub.
Gənc cütlük öncə ümumilli liderin abidəsini ziyarət edib.
Nikah mərasiminə rayon rəsmiləri, RTV-nin əməkdaşları və səbəbkarların əzizləri qatılıblar. Mərasimdə Şaiq və Nuranəyə nikah şəhadətnaməsi təqdim olunub. Cütlüyə Xaçmaz rayon İcra Hakimiyyəti tərəfindən hədiyyə verilib. Daha sonra səbəbkarlar H.Əliyev mərkəzindəki xatirə rəsmlərini seyr edib. Münasibətlərini rəsmiləşdirən aparıcılar Şaiq və Nuranə RTV-də ailə həyatı quran 7-ci cütlükdür.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR