» » Emin Ağalarov: “Mən boşanmamışam...”

Emin Ağalarov: “Mən boşanmamışam...”

Müəllif: Sevinc Novruzova
//
Tarix: 21 may 2014
//
Bölmə: Mədəniyyət
Emin Ağalarov: “Mən boşanmamışam...”



“Boşanmağım haqqında yayılan söz-söhbət çox çirkin şayiədir".

Bunu "Tvoy den" (Sənin günün) qəzetinin əməkdaşı ilə söhbətində tanınmış müğənni Emin Ağalarov deyib.

AzVision.az anspress-ə istinadən xəbər verir ki, bu suallara cavab verən Ağalarov istənilən şayiənin yayılma şansı olduğunu deyib.

"Özüm tərəfindən yenidən bildirirəm ki, mən boşanmamışam. Sadəcə mən çox qastrola çıxıram. Həyat yoldaşım isə öz layihələri üzərində nəinki Moskvada, Bakıda da işləyir.

E. Ağalarov "Kliplərinizdə dünyanın ən gözəl qızlarının çəkilməsinə həyat yoldaşınız necə münasibət göstərir?" sualına da cavab verib.

"Mənim həyat yoldaşım çox ağıllıdır. O anlayır ki, gözəllik işimin bir hissəsidir. Siz istəyirsiniz ki, mən kliplərimdə qoca və xəstələri çəkim? Müəyyən titul və məşhurluğu olan aktrisa mənim musiqi yaradıcılığımı daha da irəli aparmağa və onu daha böyük auditoriyaya çatdırmağıma yardım edir".


QafqazPRESS.az
banner125x125 banner125x125