» » Tanınmış azərbaycanlı teleaparıcı: "Onu məsafədə saxlayıram..."

Tanınmış azərbaycanlı teleaparıcı: "Onu məsafədə saxlayıram..."

Müəllif: Sevinc Novruzova
//
Tarix: 27 iyun 2014
//
Bölmə: Müsahibə
Tanınmış azərbaycanlı teleaparıcı: "Onu məsafədə saxlayıram..."


Teleaparıcı Vüsalə Tağıyevanın Milli.Az-a müsahibəsi.

-​ Bir müddət efirdən uzaq qaldınız. Bunun səbəbi nə idi?

-​ Hər halda, tamaşaçılar da xatırlayarlar, bir ara çox kökəldim. Efirdən də getməyimin səbəbi elə budur. Arıqladım və yenidən qayıtdım.

-​ Niyə məhz qadınlarla bağlı verilişlərin aparıcılığını edirsiniz?

-​ Baxımsız qadınlara baxmağı sevirəm. Şəraitdən asılı olmayaraq, qadında “fərqlənmək və digərlərinin diqqətini cəlb etmə” kimi xüsusiyyətlər var. Bir çox qadınlar, sadəcə olaraq, tənbəllikdən çox baxımsız bir vəziyyətə düşürlər. Bu tip verilişlərin sayəsində bir çox qadın yenidən “xanım” olmaq istəyir.

-​ Vüsalə Tağıyeva üçün son zamanlar alınmayan nədir?

-​ Əksinə, indi hər şey istədiyim kimi və lazımi templə gedir.

-​ İşlərinizdə tez-tez çətinliklərlə qarşılaşırsınız?

-​ Əsasən tərs qadınlarla rastlaşıram. Məncə, işin tərs gəlməsi yoxdur, düzgün seçilməyən yol var.

-​ Həyat yoldaşınız sizin üçün nələrdən keçib?

- Digər qadınlardan...

-​ Vüsalə çoxları üçün necə bir xanımdır?

- Bunu sosial şəbəkədə mənim dostlarımdan öyrənə bilərsiniz (gülür).

-​ Məclisi ələ ala bilirsiniz?

-​ Buna cəhd göstərmirəm. Dostlarım arasında özünü lider kimi aparanlar olmadığına görə hamımız eynihüquqlu insan kimi söhbət edib əylənirik.

-​ “Səni sevirəm” sözünü deyən ilk insana cavabınız nə olub?

-​ Uşaq olduğum üçün hisslərinə hörmət etmədən onu acıladım.

-​ Ən üstün cəhətiniz hansıdır?

-​ Düşünürəm ki, insanları təbəqələrə bölməməyim.

-​ Bir məsələ ən son həddə çatanda nə edirsiniz?

- Bu artıq situasiyadan və mənim orada olan mövqeyimdən asılıdır.

-​ Kimlərin maraq dairəsindəsiniz?

-​ “Fərqi var” deyən xanımların.

-​ Onu bağışlamaq olarmı?.. Kimi?..

-​ Kimliyindən asılı olmayaraq, heç kimə kin saxlamıram. Onu məsafədə saxlayıram...



QafqazPRESS.az
banner125x125 banner125x125