» » “Gangam Style” yenə rekord qırdı (VİDEO)

“Gangam Style” yenə rekord qırdı (VİDEO)

Müəllif: Sevinc Novruzova
//
Tarix: 02 iyun 2014
//
Bölmə: Mədəniyyət



Cənubi koreyalı müğənni PSY-ın (Pak Çe Sana) “Gangam Style” mahnısı yeni rekorda imza atıb. ANS PRESS-in məlumatına görə, “Gangam Style” “Youtube” video portalı tarixində ən çox izlənən mahnı olub. Belə ki, mahnı 2 milyard dəfədən çox izlənilib.

“Gangam Style” mahnısı ABŞ-lı müğənni Castin Biberin 1 milyarddan çox izlənən “Baby” mahnısını keçib.

Xatırladaq ki, PSY 2013-cü ildə bu mahnıya görə dünyanın ən prestijli “Billboard Music Awards” mükafatını almışdı. Müğənni bu mükafatı alan ilk koreyalı olmuşdu.


QafqazPRESS.az
banner125x125 banner125x125