ANS-in uğur yolçuları

ANS-in uğur yolçuları
7-08-2015, 00:48

BİZİ İKİ YERƏ YOX, 40 YERƏ BÖLÜBLƏR...

BİZİ İKİ YERƏ YOX, 40 YERƏ BÖLÜBLƏR...

Suriya, İraq və Əfqanıstanda yaşayan azərbaycanlıların bugünkü həyat fraqmentləri…

31 dekabr –
Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür!

Ötənlərin söhbətidir. Suriyada yaşayan türkmənlərlə və Sovetlər Birliyi dağılandan sonra vətəndaşlıq alıb Azərbaycanda yaşayan ərəblərin bir neçəsiylə görüşüm olmuşdu. İraqdakı, Suryadakı son durum, onların qohumları və əzizlərinin durumu və Suryadakı bugünkü siyasi durumt barədə maraqlandım. Söhbət əsnasında bəlli oldu ki, onların hamısı 18,19 yasında Suriyada evləniblər və Bakıda isə azərbaycanlı qadınlarla ikinci dəfə ailə həyatı qurublar. Təmasda olub görüşdüyüm 7 nəfərin hamısı son müharibə nəticəsində ailələrində itki olduğunu bildirdi, onların ya övladı ya qardaşı ya əmisi ya da yaxın ailə üzvlərindən kimsə son qarşıdurmaların qurbanı olublar. Bəziləri isə, mənsub olduqları qəbilələrdən və ailə üzvlərindən hələ də heç bir xəbər tutmadıqlarını bildirdilər. Ehtimal etdilər ki, onların çoxu xəbərsiz-ətərsiz öldürülüblər. Əslən Hələbdən olan müsahiblərimdən biri hətta söylədi ki, onun mənsub olduğu nəslin 5 ailəsi Türkiyədə sığınacaq tapıb. Di ailəsinin Livanda yaşadığını söylədi. Başqa bir həmsöhbətim isə ürək ağrısıyla artıq neçə aydan bəri ailəsi barədə məlumat əldə edə bilmədiyini dedi.Hər hansı məlumat əldə etmək məqsədilə hətta Türkiyəyə gedib, qaçqınlarla görüşən həmsöhbətim, orada da heç nəyə nail ola bilməyib:nəinki ailəsi, heç qəbiləsi haqda da xəbər öyrənə bilməyib və doğmalarından heç kəslə əlaqə yarada bilməyib. Söhbət zamanı onu da aydınlaşdırdım ki, görüşdüyüm şəxslərdən biri Çobanbəyli , digəri isə Öysüzlü qəbiləsindəndir. Onların sözlərindən məlum oldu ki, 1803-cü ildə Sisyanovun Azərbaycan torpaqlarına hücumu zamanı Gəncə, Qazax, Nax-çıvan, Ərdəbil və digər bölgələrdən Suriyada Hələb şəhərinə, İraqda isə Ərbilə köçürülüblər. Ərbildə indi türkmanlar yaşamasa da, qabaqların soydaş-larımızım yaşadığı bir şəhər olub. Onları zaman-zaman kürdlər qırğına məruz qoyaraq həmin şəhərdən sürgün ediblər. Hələb şəhərində isə azərbaycanlılar hələ də yaşayır… Onlar daha çox kəndlərdə məskunlaşıblar-qəbilə şəklində… amma tarixdən də bəlli olduğu kimi, canı canımızdan, qanı qanımızdan olan təmiz Azərbaycan türkləridir. Mənimlə söhbətində Suriyanın Hələb şəhərində yaşayan , Çobanbəyli qəbiləsindən olan türkman qardaşımız bildirdi ki, orada yaşayanlar da təmiz Azərbaycan türkü olduqlarını yaxşı bilirlər.” Hətta Kərkükdə elə qəbilələr var ki, eynən Naxçıvan ləhcəsində danışırlar. O zaman Sovetlər birliyi dağılanda ilk dəfə Azərbaycana gəlmişdim. Bir naxçıvanlı ilə tanış oldum. Danışığını eşidəndə elə bildim ki, kər¬küklüdür.”
Bu sözləri eşidəndən və bütün söhbətlərdən sonra mərhum xalq şairi Xəlil Rza Ulutürkün fikrini xatırladım ki, “BİZİ İKİ YERƏ YOX, QIRX YERƏ BÖ-LÜBLƏR.”
Əfqanıstanda Qarabağ Dəhnəsi adında bir şəhər var ki, Nadir şah dövründə- 18-ci əsrdə sürgün edilmiş qarabağlılar yaşayır. Onlar eynən bizim Qarabağ ləhcəsiylə danışırlar. Onların “Qarabag FM” adında öz radiosu fəaliyyət göstərir. Qarabağ adına küçə və məktəbləri də var. Onlar barəsində ilk dəfə mətbuatda mən yazmışam. “27 ildən sonra” adlı kitabımda Qarabağ Dəhnəsi adında kənddə yaşayan soydaşlarımızdan geniş bəhs etmişəm. Tarixin sınaqlarından uğurla çıxmış Hələb şəhəri indi yer üzündən silinmək üzrədir. Orda insanlar pərən –pərən düşüb, o yerlərin insanları ən ağır günlərini yaşayırlar. Məlum olduğu kimi, dahi Azərbaycan şairi İmaməddin Nəsiminin məqbərəsi də Hələbdə olduğundan bu şəhər həmişə bizə doğma olub.Amma indi baş verənləri acı-acı seyr edərək böyük bir tarixi olan bu qədim şəhərin dünyanın gözü qarşısında məhv edildiyinin şahidi oluruq.Tarixi abidələr, allah evi olan məscidlər , gözəl-gözəl şəhərlər dağılaraq viran edilir. Suriyada daxili savaş başlayandan sonra əhali müxtəlif adlar altında çoxlu qruplara bölünüb və fərqli bölgələrdə müharibə aparır. Suriyada, demək olar, hər kəs silaha sarılıb. Silahlanan qruplardan biri də türkmanlardır. Şam, Hələb və Lazkiyada 3,5 milyona qədər türkman yaşayır. Onların bir hissəsi Suriya müharibəsindən sonra Türkiyəyə köçüb. Qadın və uşaqlarını Türkiyəyə göndərən kişilərin çoxu Türkman Cəbhəsində savaşa başlayıb. Onların ən önəmli mövqelərindən biri Türkiyə sərhədləri yaxınlığındakı Türkman Dağı bölgəsidir.
Əhalisi çox olmayan Bayırbucaq türkmanları həm cəbhədə, həm də siyasətdə parçalanıblar. Onlar Əsəd dönəmində türkmanların başına gələnlərdən, işgəncə dəzgahlardan, səhranın ortasındakı həbsxanalardan elə danışırlar ki, insanın ağılı başından çıxır..
Iraq türkmənlərindən, Kərkükdən eşitdiyim bir xəbər məni dəhşətə gətirdi: mən Çingiz xan barəsində yazdığım romanda bunu təsvir etmişəm.1231-ci ildə insanlar öz övladlarının əsir düşməməsi üçün onları öldürürdülər.İndi üstündən 800 il keçəndən sonra da insanlar yenə övladlarını öz əlləriylə öldürmək məcburiyyətində qalırlar-təki balaları əsir düşməsin.Doğrudanmı insan düşüncəsi və qəsbkarlığı bu qədər müddət ərzində heç inkişaf edə bilməyib.Baxın, Kərkükdə bir türkman qəbiləsinin başçısı nə deyir: “İŞİD hücum etdiyi bəzi bölgələrdə türkman qızlarını aparmaq istəyirdi. Atalar qızlarını əsir düşməməsi üçün öz əlləri ilə onları öldürdü. Təsəvvür edin, biz qızlarımızı İŞİD-ə əsir düşməməsi üçün öz əlimizlə öldürürük. Bu,böyük faciədir” İraq Türkman Cəbhəsinin lideri, İraq parlamentinin deputatı Erşat Salihi türkmanların durumu ilə bağlı danışarkən bu faktları dilə gətirib.
Onun sözlərinə görə, İŞİD hücumları bu gün də davam edir: “Tələfarda bəzi bölgələri aldılar. Kərkükdə bir kəndi tutdular, Mosulun bəzi yerlərini işğal etdilər. Türkman bölgələri daimi olaraq İŞİD hücumuna məruz qalır. Bizim coğrafiyamız işğala məruz qalır, milli kimliyimiz təhlükə altındadır. Lakin bu gün bizə silah verən yoxdur. İraq hökumətindən müqavimət göstərmək üçün silah istədik, hələ də cavab verilməyib. Hazırda müqavimət göstəririk. Ancaq öz gücümüz çərçivəsində mübarizə aparırıq. Bu isə azdır”.
E. Salihi kürd peşmərgələrinə Amerikanın silah verdiyini deyib.
Biz də Amerikadan silah istəmişik. Amerika, yaxud hökumət silah verməsə, məcbur qalıb başqa qapıları döyəcəyik. Bizim istəyimiz sadəcə öz torpağımızı müdafiə etməkdir. Bu gün İraqda hökumət ordusu və peşmərgə yalnız özlərini qoruyur. Yəni hər kəs özü üçün vuruşur. Özümüzü qorumaq üçün bizim silahımız yoxdur .
1960-cı ildə Kərkükün 95 faizi türk idisə, 20 il sonra bu rəqəm 75 faizə qədər düşmüşdü. Qeyd edək ki, İraqın sabiq lideri Səddam Hüseyn dövründə də türkmənlərə qarşı haqızlıqlar davam edirdi.
Bütün bunlar öz yerində.Amma görüşdüyüm, mənə ürəklərini boşaldan Surya vətəndaşları adlarının çəkilməməsini xahiş etdilər.Onlardan biri isə yana-yana millətinin faciələrindən danışıb , qeyd etdi ki,oradakı həmvətənləri cəhalətin, savadsızlığın içində çabalayıb boğulurlar.Həmin savadsızlıq da belə faciələrə gətirib çıxarır. O danışır ki,”15 il qabaq Azərbaycana gələndə təyyarə limanında əmisi oğluyla görüşüb.Əmisi oğlu bunun gəldiyi təyyarə ilə Suriyaya qayıdırmış.Əmisi oğlu soruşub ki, bura niyə gəlmisən?.Suriyada biz 4 sinif oxuyuruq.Sonra valideynlərimiz bizə ticatər etməyi öyrədirlər.Burada isə adicə süpürgəçinin də cibindən institut diplomu çıxır. Azərbaycanda insanlar çox savadlıdır.Biz onların heç süpürgəçisi ilə də bacarmarıq.Sonda əmisi oğlu deyib ki, mən qayıtdım Suriyaya.Sən də qayıdacaqsan gec-tez.”
Həmsöhbətimin sözlərindən sonra mən mədəniyyətin beşiyi olan Şərqdə əhalinin bu vəziyyətə düşməsinin səbəbini anladım. – S A V A D S I Z L I Q..!
Ailəsini axtarmaq üçün Türkyəyə səfər edən başqa bir soydaşımız isə işgəncə faktlarından danışdı . İŞİD bir kəndi mühasirəyə alaraq Derzor şəhərində Şeytat qəbiləsini yer üzündən sildi.Bələkdə yatan uşaqlara belə acımadan güllə-borana tutdular.Bir nəfəri belə salamat buraxmadılar.Ərəb mənşəli bir qəbilənin 2500 üzvü bir nəfərinə kimi eyni gündə öldürüldü. Qeydet qəbiləsini də, Bakkara qəbiləsini də uşağa-böyüyə baxmadan yer üzündən sildilər.
Bütün bunlar barədə ürək ağrısıyla danışan həmsöhbətimiz , elə mənim yanımdaca Suriyada, İraqda yaşayan qohumları ilə telefon əlaqəsi yaratdı. Onlarla danışığından məlum oldu ki, dövləti dəstəkləyən 16 qəbilə başçısı da İŞİD tərəfindən edam olunub. Söhbər əsnasında o da aydınlaşdı ki, hazırda İŞİD komandirləri arasında fikir ayrılıqları var və onlar tez-tez bir-biriləriylə atışırlar. İŞİD-çilər parçalanıb və onlara qoşulan azərbaycanlı döyüşçülər bunlarla konfliktdədirlər. Hətta azərbaycanlı İŞİD komandirlərindən həbs olunanlar da var. 1.6 milyon qaçqın Türkiyəyə sığınıb, İŞİD kürdlərin işğal etdiyi kəndləri yerli ərəblərə satıb. 5 min dollara kəndləri alan ərəblər isə daş üstə daş qoymayıblar.Bu da İŞİD-dən sonra yerli ərəblərlə kürdlərin arasında yeni konflikt yaradır.Nə müharibə tezliklə qurtaran deyil, nə də ki, ərəblərin kürd kəndlərində etdiyi vəhşilikləri kürdlər onlara bağışlayan deyil, bu problem hələ uzun illər şəkəcəkdir.
Dünyanın 80-dən artıq ölkəsindən İŞİD-ə qoşulanlar arasında Azərbaycandan gedib könüllülər də var.Orada əlinə silah alıb döyüşənlər kimin və nəyin uğrunda vuruşduqlarını bilməyənlərdir. Onlardan soruşan gərək,sən kimin üçün atılmısan bu meydana, bu qarşıdurmalar nədən ötrüdür, nədən bu qədər haqsız yerə insan qanı axıdılır, eyni dinə sahib, eyni kökdən olan insanlar nədən bir-birinə qənim kəsilib.!? Hiylələr, fitnələr o qədər dərinə işləyib ki, insanları bu yoldan çəkindirmək belə müşkülə çevrilib.
Biz İŞİD qədər amansız ,acımasız düşmənlə Xocalıda, Qarabağda rastlaşdıq. Tariximizə baxarkən görərik ki, hansı illərdə ki, Azərbaycanda dövlətsizlik olubsa, nankor qonsşularımız iç üzünü göstərib.Bunun da nəticəsində bir milyondan artıq qaçqınımız oldu, 20 faiz torpaqlarımız işgal olundu. Biz o günləri gördük ,o günləri bir də yaşamamaq üçün hər birimiz vətənimizə, dövlətimizə sahib çıxmalıyıq. Dünyada baş verənləri hər birimiz gürürük. Bu günlərdə Ukrayna televizyasında bir maraqlı reportaja baxdım: bir Ukrayna vətəndaşından soruşurlar ki, bu müharibə, bu fəlakət nə vaxt bitəcəkdir. Vətəndaşın isə cavabı belə olur, bizim ölkəmizdə Heydər Əliyev kimi dahi siyasətçi dövlət başında olmadığına görə, bu müharibə çox çəkəcək, çox fəlakətlər olacaq...
Bu günlərdə ölkəmiz Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edəcək. Bu gözəl bayram münasibətilə hamını təbrik edir,hamıya bol səadət və millət, xalq naminə əsl həmrəylik arzulayıram. Tanrı bəd gözlərdən, çirkin oyunlardan, xəbis işlərdən vətənimizi qorusun.

CƏLALƏDDİN (Qasımov)
Araşdırmaçı-yazar



QafqazPRESS.az

19-02-2015, 20:04

Seyid Həmzə Nigari simpoziumu

Seyid Həmzə Nigari simpoziumu
Seyid Həmzə Nigari simpoziumu
Seyid Həmzə Nigari simpoziumu

Bəlkə də həyatımda heç bu qədər həyəcanlanmamışdım. Burda həm həyəcan məni tutmuşdu, həm qürur hissi canıma can verirdi. Bakıda kecirilən 2-Beynəlxalq Həmzə Nigari simpoziumuna bir təsadüflə qatılmışdım. Menim də canımın bir parçası olan İncə dərəsindən o məclisə qatılan doğmalarım varıydış onları görməyə getmişdim. Sanki bir möcüzəylə qarşılaşdım. Cox canlı və xoşa gələn bir aləm varıydı. Burda Seyid Nigari heyranları,onu dırindən bilənlər və Nigari həzrətlərinin öz nəslinin nümayəndələrisanki bir tilsimin açılması yolunda əlbir-dilbir,fikirbir çalışırdılar.Böyuk ustad şair və filosof olan Mir Həmzə əfəndinin şeirlərini,dünyagörüşünü açıb çözməyə çalışırdılarş (Orta Asiyadan Azərbaycana və Anadoluya mənəviyyat yolu-nəqişbəndilik)təhlil olunmağa çalışılırdış
(Sufizmdə Həmzə Nigarinin yeri) (,Azərbaycanda sufizm ve nəqişbəndilik), Nigarinin həyatı və fəaliyyəti və digər mövzuları alimlər şərh edirdilər.
Ömrümdə ilk dəfə belə bir yerdə olmağm mənim daha çox həyacanlandırırdış
Əslində İncə dərəsində usaqlığımdan Hacımahmud əfəndinin təriqətiylə və Seyid Nigari qəzəllərinin dillər əzbəri olan meyxanalarının işığında boy atmışam mən də.
Bəzi naşı və nadan düşüncələrin və onları bu yolda hazırlayanların uydurucu yalan və böhtanlarla insanları halal bir düşüncədən uzaqlaşmağa çalışsalar da xalq öz inamına və istəyinə doğru can atıb.
Məni ən cox həyacanlandıran bu böyük-Uluslararası simpoziumun həm Bakıda,həm də Qazaxda və məhz İncə dərəsində keçirilməsiydi.Bu işin əsas təşkilatçıları Türkiyəli Seyid Nigari vurğunlarıydı. Iki il öncəTürkiyənin Amasya şəhərində(Seyid Nigari həmin şəhərdə dəfn olunub)1-ci simpozium keçirilib. Yeri gəlmişkən iki il sonra 2016-cı ildə yenə Türkiyənin İstanbul şəhərində Beynəlxalq Seyid Nigari simpoziumu keciriləcək.
Türkiyəli alim –Bakıdakı Qafqaz universitetinin proffesoru Mehmet Rixetim bəyə çox-çox təşəkkürlər eləyirəm. Elece de digər bu işə əmək çəkənlərə.

Həmən görüşdə Seyid Nigarinin nəslindən olan Mir Sədi Əfəndinin oğlu Mir Məhəmmədin qızları Rəhnume Mirsədizadə.Gülüm Mirsədizadə ,Bakı Dövlət Universitetinin əməkdaşı Hicran Fərhadova ilə görüşdüm.Onlar İncə dərəsinə.orda böyük pir kimi ziyarətgahı-məqbərəsi olan Hacımahmud Əfəndinin (Həjəfəndini)daha cox sevir.Onun Seyid Nigari həzrətləri ilə bir yolun-İslamın nəqşibəndilik təriqətinin yolcusu olduğunu bütün incəliklərinə qədər əzbər bilirlərş
Orda bir adam diqqətimi daha cox çəkdi. Bu adam Amasyadan gələn Orhan Kayahan adıhda üzünnən-gözünnən təbəssüm yağan bir nuraniydi. Istər içəridə elmi məruzələrin müzakirəsində,istərsədə ara söhbətlərində,cay icmə zamanında bu kişinin sözündən-söhbətinnən doyulmazdı. O,Seyid Nigari həzrətlərinin əslini-soyunu,şəcərəsini elə yerli-yerində,elə inandırıcı danışırdılar ki,adamlar ondan ayrılmaq belə istəmirdilər.İstər-istəməz onun bir-birindəngözəl söhbətlərini mən də dinlədimş doğrusu bu ağsaqala qanım elə qaynadı ki.mənonu öz doğmalarımdan biri bildim. Sən demə gümanımda yanılmamışam. Orhan bəy İncə dərəsindən Amasyaya köc eiəyən müqəddəs övliyamız,Qəbri İncə dərəsində bir ziyarətgah olan Hacımahmud Əfəndinin oğlu Məhəmməd Əfəndinin doğmaca nəvəsiymiş. O,indi Türkiyədə cox gözəl tanınan bir vəkiliymiş.
Ötən seçkilərdə Amasyalılar onu millət vəkili seçmişlər. O da Türkiyədə Böyük Millət məclisində ləyaqətlə təmsil olunmuşdu. Orhan bəy mənim İncəlidən olduğumu biləndə cox sevindi. Bizim İncəli əqrabalarımızdansan dedi. Iki il bundan qabaq Borçalıya-Armudluya-Elat bayramına gəldiyini ,ordan da Sınıq körpünü keçib düz İncə dərəsinə.Aslanbəyliyə öz doğma dədəsinin türbəsini ziyarət elədiyini.ordan gedib özlərinin yadigarı olan müsafirxanada iki gün qaldığını.ordan Daş Salahlıya getdiyini,sonra Bakıdakı qohumlarla(Vefa Quluzadə ve başqalarıyla)görüşdüyünü,Azərbaycan televiziyasının Turan proqramıyla çıxışını bircə-bircə anlatdı. Borçalıdan olan.Hacıəfəndi ocağında əlli ildən çoxdərvişlik eləyən dərviş Osman adlı bir övliyadan da doyunca danışdı. Onun sözlərindən öyrəndim ki.Hajəfəndi ocağının ən inamlı mürşidiymiş Osman baba.
İncə dərəsindən(ocaqdan)ona etibar olunan qızıl (altun)doluheyvələri öz yorulmaz atıyla gecəni-gündüzə qatıb Amasyaya çatdırarmış.Orda inşa edilən Şirvanlılar camesinin bütün məsrəfləri Osman babanın apardığı qızıl pullarla ödənərmi.Orhan bəyin dedklərinə görə bu gün də Amasyalılar Osman babanın sədaqətindən,etibarından danışmaqdan doymurlar.
Sonra Orhan bəy Dərviş Osmanın torunu(nəvəsi)sair Osmanı cox yaxından tanıdığını,onun Amasyaya gedib həmən camedə namaz qıldığını söylədi.mən Orhan bəyə dedim ki, sair Osmanı mən də tanıyıram.Çay süfrəsində söhbət zamanı Orhan bey öz nənəsinin(Hajəfədinin gəlininin)Seyid Nigari nəslinin bir qızına hediyyə elədi.Sonra Orhan bəy hər kəsi-başqa İncəliləri Amasyaya dəvət elədi. Biz onun gözəl söhbətlərinə heyran qalmışdıq.
Həmən gün məni o məclisə görüşməyə çağıran İncəlilərə təşəkkürümü bildirirəm. Doğrudan da,Türkiyəli alimlər nə qədər qerətli işə əmək vermişlər.Əlbəttə.onların əməyi öz nəticəsini vermişdir.
Orda səslənən bir çox dədyərli fikirə əsaslanaraq görərik ki.Mir Həmzə Nigari yeganə sufi şairidir kibütün qadağalara baxmayaraq onun şeirləri heç təhsil görməmiş adamlar daxil olmaqla böyük bir bölgədəhər kəsin dilinin əzbəri olmuşdur.Get- gedədildən –dilə,ağızdan- ağıza keçərək öz ölümsüzlüyünü təsdiq eləmişdir.
Hər kəs kimi mən də Seyid Nigari böyüklüyünə bir daha baş əyməli oldum.onu dönə-dönə yenidən dərk eləməyə başladım.Orhan bəyin dəvəti də lap yerinə düşdü.Mən də bir İncəli qızı kimi böyük bir ocağın övliyaları ilə daha cox ünsiyyətdə olmaq üçün ürəyimdən Amasyanı və böyük şair və mütəfəkkir olan Seyid Nigarinin uyuduğu yeri görmək keçdi.Allah hər kəsin istəyini özünə qismət eləsin.
Yanından ayrılmaq istəmadiyim Orhan bəylə vidalaşmağıngəldi yavaş-yavaş.Yenidən həm İncə dərəsində.həm Amasyada görüsmək ümidiylə ayrılırıq.

Güllü TOMAROVA
QafqazPRESS.az
19-02-2015, 19:31

Nümunəvi bağça

Nümunəvi bağça
10-02-2015, 16:30





© Copyright ²°¹³ QafqazPRESS.Az | Saytın Təsisçisi və Baş Redaktoru Xatirə Rəhimli
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.