» » "Hüseyn Dərya rep aləmində tək idi, tək olaraq da qalacaq"

"Hüseyn Dərya rep aləmində tək idi, tək olaraq da qalacaq"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 04 aprel 2014
//
Bölmə: Şou-biznes
"Hüseyn Dərya rep aləmində tək idi, tək olaraq da qalacaq"


Murad Sadıx Dəryanın rep aləmində tək olduğunu deyib
"Hüseyn belə tez getməli deyildi. Allah ona rəhmət eləsin, çox üzücü haldır". Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, bunu bu gün yeni klipini təqdim edən Murad Sadıx deyib. Müğənni vəfat etmiş məşhur rep ifaçısı Hüseyn Dərya barədə maraqlı açıqlamalar verib və repçinin ailəsinə başsağlığını diləyib:

"Düzdür, ölümündən sonra onun barədə çox söz-söhbətlər yayıldı. Amma belə olmaz axı, bəsdirin. Hüseyn Dərya rep aləmində tək idi, tək olaraq da qalacaq".

Bundan əlavə olaraq ifaçı digər rep ifaçılarının ondan inciməməsini istəyib və Hüseyn Dəryanın səsində özünəməxsus tember, xırıltı olduğunu vurğulayıb: "İstəmirəm kimsə məndən incisin, amma mən olanı deyirəm. O, səsi və repləri ilə seçilməyi bacarmışdı. Hələ ki, onun davamçısı olacaq bir insan görmürəm. Hüseyn Dəryanın səsindən olmayıb, olmayacaq".



QafqazPRESS.az
banner125x125 banner125x125