Amalya Pənahova medianı sərt tənqid etdi
Azərbaycanın xalq artisti Amalya Pənahova son zamanlar medianın gündəmindən düşməyən görkəmi barədə açıqlamalar verib.
ANS PRESS-in məlumatına görə, aktrisa bildirib ki, sənətini sevdiyi üçün filmə çəkiləndə saçının rəngini dəyişirdi, arıqlayırdı və ya kökəlirdi, çünki bu yol qurban tələb edir.
"Mən bu gün də filmlərdə rollar alıram, teatrlarda tamaşaçılarımın qarşısına çıxıram. Evdə oturan evdar xanım və ya təqaüdə çıxmış nəvələri ilə vaxtını keçirən qadın deyiləm. Gündəmdə olan sənətkar olaraq hələ ki, mənə təlabat var. Ona görə də çalışıram ki, rola uyğun görkəmdə olum".
ANS telekanalında yayımlanan "Şoubiz+" verilişinə müsahibə verən xalq artisti onun barədə xoşagəlməz məqalələr yazan media nümayəndələrinə qarşı sərt sözlər işlədib. Sənətçi onu gözügötürməyən insanların əli ilə yazıların yazıldığını bildirib: "Elə aktrisalar var ki, yaşca məndən qat-qat balacadırlar, amma artıq formada və sənətdə deyillər. Onlar sözlərini deyə bilmirlər məhz buna görə də partlayırlar. Bilmirlər ki, hansı yolla sənətçinin adına xələl gətirsinlər".
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR