Şou-biznesdə yeni qalmaqal: "Ermənisifət, arzun ürəyində qalacaq"
Müğənni Natavan Həbibinin xalq artisti Aygün Kazımovanı və prodüser Toliki məhkəməyə verməsi sonuncunu qəzəbləndirib.
Qafqazinfo-nun məlumatına görə, Tolik sosial şəbəkədə Həbibini tənqid edib və onu erməni adlandırıb:
“Bu ermənisifət, 40 yaşına çatmış Natavan Şamilqızı (soyadını yazmıram, çünki əsli bilinmir) məndən, Aygün xanımdan şikayət eləyib. İndidən deyirəm, Allah vurub səni. Türkmənistandan gəlib soysuz biri hələ xalq artistindən, məndən şikayət eləyəcək. Belə təmizsən, çıxart doğum haqqında şəhadətnaməni göstər. Göstər ki, mən erməni deyiləm, biz də sənə inananaq. ANS-ə qorxdun yazmağa, bildin ki, tumunun hansı sort olduğunu ortaya çıxararlar. Sən hələ bizə nəyisə sübut elə, ... bir adam ki, ev-eşiyi yoxdur, amma Şüvəlanda qeydiyyatdadır. Bu artıq şübhə altına alır, ay yazıq. Sənin tanışlığın burada keçməyəcək. Kabinetlərdə ömrünü çürüdən, bədbəxt, bizim əslimiz bilinir. Sən isə hələ havadasan. Nə yuvan var, nə yurdun. Get məhkəməyə ver, səndən üzr istəyən gərək sənin kimi ermənisifət olsun. Bu arzun ürəyində qalacaq".
Qeyd edək ki, müğənni Natavan Həbibi yuxarıda adı çəkilənləri ona erməni dedikləri üçün məhkəməyə verib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR