» » Anar xalq artistinin qızını ermənilərdən oğurluq etməkdə ittiham etdi

Anar xalq artistinin qızını ermənilərdən oğurluq etməkdə ittiham etdi

Müəllif: Sevinc Novruzova
//
Tarix: 06 fevral 2016
//
Bölmə: Şou-biznes
Anar xalq artistinin qızını ermənilərdən oğurluq etməkdə ittiham etdi








Stilist Anar Ağakişiyevlə həmkarı, xalq artisti Ramiz Novruzun qızı Şəfəq arasında qalmaqal yaşanıb.

A.Ağakişiyev həmkarının etdiyi bir makiyaj növünü ermənilərdən oğurladığını iddia edib:

"Bildiyin elə bu qədərdir. Adını stilist qoyub, camaata dərs deyir. Halbuki, onun özünə dərs deyən lazımdır. Öz fantaziyası olmayıb, ermənilərin ideyasını oğurlayır. Hələ bu azmış kimi, ermənini (stilist Georgiy Kot - red.) apreldə dərs demək və pul qazandırmaq üçün Azərbaycana dəvət edir. Onun anası və arvadı ermənidir. Müvafiq orqanlar hara baxır?

Keçmişini unutma, 2001-ci ildə məndən saç düzümlərini öyrənib, gedib öz əl işin kimi təqdim etmisən. Hətta bunu başqa stilistə də etiraf etmisən. Bəli, mən dünyada tanınıram. Nikol Şerzinger, İrina Şeyk, Alsu kimi məşhurlarla çalışmışam. Bunları həzm etmək sənə çətindir. Bir erməni stilistinin əl işinin eynisini oğurlayıb. Niyə sənin millətinin başına oyun açan birini təkrarlayırsan? Sizcə, xalq artistinin qızına belə bir addım atmaq yaraşar?
Kimdənsə ideya oğurlamaq çox gülməlidir. Əgər özünə güvənən bir vizajistsənsə, özünə məxsus olacaq bir iş ərsəyə gətirərdin. Mənə deyir ki, guya Aygün Kazımovanın ad gününə saçım yağlı halda qatılmışam. Onun stildən anladığı budur.

Mənim reklama ehtiyacım yoxdur. Amma təəssüf ki, mən açıqlamamla ona reklam qazandırmış oldum. Bizim ortaq dostumuz ona ermənilərin ideyasını oğurladığını deyib. Şəfəq isə qayıdıb ki, "nə olsun?". Bu cavabı eşidəndən sonra özümü saxlaya bilmədim və onunla bağlı aqressiv açıqlama verdim. İnsan öz tarixinə nə qədər laqeyd ola bilər? Atasının fəxri adı arxasında gizlənir. Deyir ki, guya ideyanı ona atası verib. Bununla kimi susduracaq?".
banner125x125 banner125x125