QafqazPRESS » Şou-biznes » Cennifer Lopes əsl kişi axtarır - FOTO

Cennifer Lopes əsl kişi axtarır - FOTO

Cennifer Lopes əsl kişi axtarır - FOTO


Məşhur müğənni və aktrisa Cennifer Lopes yeni sevgili, həyatını birgə yaşayacağı adam aradığını deyib. 44 yaşlı "Cey Lo"nun sözlərinə görə, ona ciddi insan gərəkdir.

"Birgə yaşayacağım, etibar edəcəyim kişiyə ehtiyacım var. Bu adam mənimçün oyuncaq oğlan olmamalı, problemləri təkbaşına həll etmək iqtidarında qətiyyətli, iradəli və mətin, əsl kişi olmalıdır", - C.Lopes söyləyib.

Milli.Az TMZ-yə istinadən bildirir ki, indi "I Luh Ya Papi" sinqlinin promouşeni ilə məşğul olan müğənni aylardan bəri birlikdə olduğu məşuqu, 27 yaşlı rəqqas Kasper Smartla münasibətləri kəsib.

People-ın məlumatına görə, səbəb Kasperin iki transseksualla əlaqədə olması və medianın da bundan xəbər tutmasıdır.
Maks və Eme adlı 6 yaşlı əkizlərin anası Cennifer Lopes indi Braziliyadadır. O, axşam futbol üzrə dünya çempionatının təntənəli açılış mərasimində Pitbulla birlikdə mahnı ifa edəcək.

İyul ayında 45 yaşı tamam olacaq Cennifer Lopesi son dəfə Kasper Smartla birlikdə mayın 21-də Qərbi Hollivuddakı restoranda görmüşdülər.

1997-ci ildə ilk əri Smi Ojanei Noadan boşanandan sonra Cennifer Lopesin sevgililəri arasında aktyor Ben Afflek, reper Paff Dəddi, rəqqas və xoreoqraf Kris Cadd da vardı. "Cey Lo" müğənni Mark Entonidən 2013-cü ilin iyun ayında boşanmışdı.


QafqazPRESS.az

Baxanlar: 392
Xəbəri dərc etdi: Sevinc Novruzova






© Copyright ²°¹³ QafqazPRESS.Az | Saytın Təsisçisi və Baş Redaktoru Xatirə Rəhimli
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.