» » Sevda: "Əl çəkin, evlənmirəm"

Sevda: "Əl çəkin, evlənmirəm"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 09 iyun 2014
//
Bölmə: Şou-biznes
Sevda: "Əl çəkin, evlənmirəm"



Müğənni Sevda Sanaliyeva haqqında gəzən şayiələrə aydınlıq gətirdi.
İfaçının İyun ayının 25-də nikah masasına oturacağı barədə xəbər yayılıb.

Milli.Az xəbər verir ki, gecce.az-a açıqlama verən Sevda Sanaliyeva bunları deyib:

"Artıq bezdim bu toy söhbətindən. Əl çəkin, evlənmirəm. Hara gedirəm getməyimə peşman oluram. Günlərdir efirlərdən gələn zənglər daha da əsəbimə toxunur. Hardan çıxıb bu söhbət ki, guya mən bu ay ailə həyatı quracağam. Yalandır, ağ yalan. Mən ailə həyatı qursam, bunu açıq-aydın efirdə tamaşıçılara, sevənlərimə bildirəcəm. Hal-hazırda sevirəm və sevilirəm. Amma bu, o demək deyil ki, ailə həyatı qururam. Qismət olsa, quracağam, indi yox. Xahiş edirəm jurnalistlərdən ki, bu söhbəti birdəfəlik bağlasınlar. Ailəmdə problemlər yaranır".



QafqazPRESS.az
banner125x125 banner125x125