» » Səməd Səmədov "it məsələsi"ndən danışdı

Səməd Səmədov "it məsələsi"ndən danışdı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 08 iyul 2014
//
Bölmə: Şou-biznes
Səməd Səmədov "it məsələsi"ndən danışdı



Xalq artisti Səməd Səmədov “Space”də yayımlanan “Hər bir havada” verilişində tanınımış tarzən Qurban Pirimovu təhqir etməsi haqda yayılan xəbərlərə münasibət bildirib
Milli.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, xalq artisti anlaşılmazlıq baş verdiyini və dediklərinin montaj olunaraq efirdə yayımlandığını vurğulayıb: “Çəkiliş vaxtı məkan çox isti idi, ürəyim sıxıldı və “Mümkünsə kameranı söndürün” dedim. Cansıxıcı ab-havaya bir qədər şirinlik qatmaq üçün itlərim barədə söhbət salıb zarafat etmək istədim. Lakin dediklərim elə montaj olunub ki, guya mən Qurban Pirimov kimi tanınmış tarzən haqqında verilən sualı cavablayıram. Bu məsələnin şişirdilmiş formada mətbuata çıxması, düzü, mənə təsir etdi. İlk dəfə deyil ki, adıma, imicimə xələl gətirmək üçün ətrafımda söz-söhbət yaratmağa çalışırlar. 25 ildən çoxdur ki, xalqıma ləyaqətlə xidmət edirəm və edəcəyəm. Görünür, adımı hələ də qorumağım düşmənlərimi heç cür rahat buraxmır”.



QafqazPRESS.az
banner125x125 banner125x125