Elza: "Çəkildiyim film dünyaya səs salacaq"
Əməkdar artist Elza Seyidcahan filmə çəkilir
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda müğənni özü bildirib. O, iki yeni filmə dəvət olunduğunu və qəbul etdiyini söyləyib:
“Aşiqlər baxçasında” adlı filmdə çəkilirəm. Burada Cənnətə qapı açan mələk obrazındayam. Bu, dünyaya səs salacaq bir filmdir. Ekran işi Mahir Dərvişin ssenarisi və rejissorluğu ilə çəkilir. İkinci film də dini mövzudadır. Burada Peyğəmbərin qulluqçusu obrazını oynayıram. Gözəl aktyorumuz Rasim Balayev hər zaman mənə deyirdi ki, sənin cizgilərin hər obraza uyğun gəlir: dini, komediya, səmimi”.
Fotolarını sosial şəbəkədə paylaşan E.Seyidcahan İnstagram-ı şəxsi televiziyası adlandırıb:
“Hər kəs İnstagram-ı başqa məqsədlərlə istifadə edir. Amma bura mənim şəxsi kanalımdır. İnsanlara gözəl xəbərlərimi çatdırmaq üçün istifadə edirəm”.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR