Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova
Yüksək diqqətinizi Şirvan şəhər Məhəmməd Əsədov küçəsi - 20 ünvanda qeydiyyatda olan və yaşayan Dadaşov Natiq Adil oğlununn redaksiyamıza müraciəti əsasında hazırlanaraq qəzetimizin internet səhifəsi olan "korrupsiya-q.az" saytında dərc olunmuş " Polis işçisinin xidməti fəaliyyətindən kənar davranışı onun peşə nüfuzuna kölgə salmamalıdır" sərlövhəli məqaləyə yönəltmək istəyindəyik. İnanırıq ki, məqalədə ehtiva olunan məsələyə - həssas yanaşacaq və nəticə barədə redaksiyamızın məlumatlandırılmasının təmin edilməsinə göstəriş verəcəksiniz.
Qoşma: "korrupsiya-q" saytından çıxarış - 1(bir) vərəq.
Hörmətlə,
Baş redaktor: Xuraman Quliyeva
"korrupsiya-q.az" saytından çıxarış - Tarix: 17.10.2019
Polis işçisinin xidməti fəaliyyətindən kənar davranışı onun peşə nüfuzuna kölgə salmamalıdır
Polis işçisi "Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi"nə daim əməl etməli, icrasının mümkün olamayacağını qabağcadan bildiyi və ya bilməli olduğu öhdəlikləri üzərinə götürməməlidir. Üzərinə götürdüyü öhdəlikləri də müəyyənləşdirilmiş şərtlərə uyğun icra etməlidir.
Amma Azərbaycan reallığı göstərir ki, bəzi polis işçiləri cəmiyyətdəki nüfuzundan, insanların etimadından sui-istifadə edərək öz borc və öhdəliklərinə xilaf çıxır, hətta borc yiyələrini hədələməkdən belə çəkinmirlər.
Şirvan şəhəri Məhəmməd Əsədov küçəsi - 20 ünvanda qeydiyyatda olan və yaşayan Dadaşov Natiq Adil oğlu redaksiyamıza yazılı müraciət edərək bildirir ki, özü on beş ildir "Qarasu" Əməliyyat Şirkətində işləyir, iki ildir dostluq etdiyi Tərtər rayon Xoruzlu kənd sakini Abbaslı Ülfət Vidadi oğlu isə Sabirabad rayon Dövlət Yol Polisi Bölməsində polis serjantı kimi xidmət edirdi. Yazır ki, Ülfət ona atasının səhhətinin ağır vəziyyətdə olduğunu və qara ciyər əməliyyatı üçün pul lazım olduğunu deyərək köməklik istəmişdir. N.Dadaşov bildirir ki, o, qaynı Nazimdən, digər dostlarından və banklardan ümumilikdə 15000 (on beş min) manat pul borc götürərək Ülfətə vermişdir. Ülfət sonradan həmin pulun 3500 (üç min beş yüz) manatını qaytarmış və onu pulun qalanını da ödəyəcəyin inandırmış, məsləhət görmüşdür ki, banklardan birindən borc götürüb qohumlarının və dostlarının pulunu qaytarsın, yəni, borcu təzələsin, cəmi bir yerə borcu olsun. Natiq Ülfətin sözünə inanaraq bütün borclarının toplam kəmiyyəti qədər məbləğdə bankdan pul götürərək həmin borclarını bağlamışdır. Lakin Ülfət vədinə xilaf çıxararaq borcunu ödəməmişdir. N.Dadaşov yazır ki, Ü.Abbaslı əvvəlcə telefonunu söndürərək onun zənglərinə cavab verməkdən yayınmış, sonra isə vatsap vasitəsilə pulu ümumiyyətlə qaytarmayacağını bildirmiş, ən nəhayət təhqir edərək demişdir ki, getsin hara istəyir şikayət etsin.
N.Dadaşov hazırda çıxılmaz vəziyyətdə qaldığını, bütün maaşının banklara tutulduğunu bildirən N.Dadaşov ərizəsinə Ü.Abbaslının ona olan borcunu və aylıq ödəyəcəyini öhdəsinə götürdüyü pulun məbləğini imzası ilə təsdiqlədiyi qəbzin surətini də qoşma etmişdir.
"Korrupsiya və Qanun" qəzeti olaraq, problemi Ülfət Abbaslının işlədiyi orqanının rəhbərliyinin diqqətinə çatdırmağa çalışacağıq.
"Əsli ilə doğrudur"
Baş redaktor: Xuraman Quliyeva
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR