BAKIDA GƏNCIN ÖLÜMÜNƏ SƏBƏB OLAN MOTOSIKLETÇI HAKIM QARŞISINDA
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Ramin Təhmirazovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Fikrət Qəribovun icratına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayının 22-də paytaxtın Yasamal rayonunda baş verib.
Belə ki, Xəlilov Rahib Bəybala oğlu idarə etdiyi “Hyundai Tucson” markalı 90-BM-329 dövlət nömrə nişanlı avtomobillə Ə.Ələkbərov küçəsində hərəkətdə olarkən Təhmirazov Ramin Əli oğlunun idarə etdiyi 10-B-619 dövlət nömrə nişanlı motosikletlə toqquşub.
Hadisə nəticəsində motosikletdə olan sərnişin, 1997-ci il təvəllüdlü Əsgərov Xəyal Səbuhi oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.
Araşdırmalar zamanı müəyyən olunub ki, R.Təhmirazovun motosiklet sürmək hüququ olmayıb. Daha sonra o, polis əməkdaşları tərəfindən saxlanılıb.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR