» » Eks nazirin vəziyyəti pisdir: “Onu bu halda türkiyəyə aparmaq olmaz...”

Eks nazirin vəziyyəti pisdir: “Onu bu halda türkiyəyə aparmaq olmaz...”

Müəllif: Səma Zərdablı
//
Tarix: 05 fevral 2020
//
Bölmə: Sosial
Eks nazirin vəziyyəti pisdir: “Onu bu halda türkiyəyə aparmaq olmaz...”


"İsgəndər Həmidov belə vəziyyətdə ölkədən kənara aparıla biməz”.
Bunu Qaynarinfo-ya açıqlamasında tibbi ekspert Adil Qeybulla sabiq daxili işlər naziri İsgəndər Həmidovun səhhətindən danışarkən deyib. O bildirib ki, İsgəndər Həmidovun vəziyyəti çox kritikdir:
"Yeganə yol onu Mərkəzi Klinik Xəstəxadan başqa xəstəxanaya köçürməkdir. Hazırda bununla bağlı danışıqlar gedir. Vəziyyəti pisdir. Komadadır. Belə vəziyyətdə onu başqa ölkəyə necə aparmaq olar? Yeganə yol onun komadan ayılmasıdır”.
Qeyd edək ki, bir neçə gün öncə sabiq daxili işlər naziri İsgəndər Həmidovun səhhəti pisləşib. O, Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
banner125x125 banner125x125