“Atamı evə gətirmişik, çox narahatdır” - Musa Yaqubun oğlu
“Hazırda atamın vəziyyəti dünənə nisbətən stabildir. Xəstəxanadan çıxarıb evə aparmışıq. Amma özünü narahat hiss edir”
Bunu Azvision.az -a Xalq şairi Musa Yaqubun oğlu Şəhriyar Yaqub deyib. Onun sözlərinə görə, atasının səhhəti bazar günü pisləşdiyi üçün xəstəxanaya aparılıb.
“Atamın damarlarında sıxılma olduğuna görə təzyiqi tez-tez aşağı düşür. Bu da ürəyin fəaliyyətini zəiflədir. Dünən halı pisləşdi, xəstəxanaya yerləşdirməli olduq. Ancaq vəziyyəti nisbətən stabilləşdiyinə görə bu gün evə gətirmişik. Vəziyyəti gah ağırlaşır, gah da normal olur. Ümumiyyətlə, atam çox narahatdır”, - deyə Ş. Yaqub bildirib.
Qeyd edək ki, dünən Xalq şairi Musa Yaqubun səhhəti pisləşib. O, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ilkin müayinədən sonra evə buraxılıb.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR