» » Əsgər valideynlərinin nəzərinə: Nazirlik icazə vermir

Əsgər valideynlərinin nəzərinə: Nazirlik icazə vermir

Müəllif: Səma Zərdablı
//
Tarix: 07 avqust 2020
//
Bölmə: Sosial


Avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasına qarşı mübarizə ilə bağlı müvafiq qərarına əsasən Azərbaycan Ordusunun şəxsi heyətinin təhlükəsizliyini təmin etmək və hərbi qulluqçuların yoluxmasının qarşısını almaq məqsədilə valideynlərin, eləcə də ictimaiyyət və KİV nümayəndələrinin andiçmə mərasimlərində iştirakı qadağandır.
"Vətəndaşlarımızdan bu qərara anlayışla yanaşmağı və andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik", - nazirlikdən bildirilib.
banner125x125 banner125x125