Rusiya KİV: Ermənilər Xankəndidən qaçır
Azərbaycanın işğal altındakı Xankəndi şəhərində əhalinin kortəbii şəkildə təxliyyəsinə başlanılıb.
Qafqazpress.az xəbər verir ki, bu barədə “İzvestiya” hadisə yerindəki müxbirinə istinadən məlumat yayıb. Qeyd olunur ki, insanlar kütləvi şəkildə Ermənistanın paytaxtı Yerevana göndərilir.
“Onları elə-belə göndərirlər, paytaxtda mütləq qarşılanacaqlarını söyləyirlər. Yerevan səlahiyyətliləri qarşılanmanı təşkil edəcək”, – deyə məlumatda qeyd olunub.
Polis bəzi insanların təxliyəsinə yardım edir, yoldan keçən maşınları saxlayıb sürücülərdən tanımadıqları insanları şəhərdən çıxarmalarını istəyirlər.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR