“Barıt qoxulu” torpaqlarda “ağ qızıl” toplanır - VİDEO
Bu il pambıq yığımı gedən döyüş əməliyyatları səbəbindən xeyli gecikib. Amma bu, kəndliləri narahat etmir. Nə onların əkin sahələrinə düşən mərmi, nə də sahələrdə qalan məhsulları... Fermerlər deyir ki, təki vətən sağ olsun, təki Azərbaycan Ordusu torpaqlarımızı erməni işğalından azad etsin.
Ağdamın kəndlərində sakinlərin əsas məşğuliyyəti kənd təsərrüfatı məhsullarının istehsalıdır. Təsərrüfat sahiblərinin bir hissəsi də pambıq əkib becərir. Builki yığım mövsümü müharibə vaxtına düşüb. Buna baxmayaraq, fermerlər sahələrdə yığım işlərini həyata keçirirlər.
Təsərrüfat sahibi Şahmar Rzayev Ağdamın cəbhə kəndlərinin ərazisində 50 hektara qədər pambıq əkib. Yüksək məhsul becərən fermer yığımı davam etdirir. Sahələrdən 45 sentnerdən çox məhsul əldə olunacağını deyir. Fermer bunun üçün bütün aqrotexniki qulluq qaydalarına əməl etdiyini deyir.
Düşmənin “ağ qızıl” tarlalarını ağır artilleriyadan atəşə tutmasına baxmayaraq, rayon ərazisində fəaliyyət göstərən pambıq qəbulu və emalı məntəqələri kəndlinin məhsulunu sahələrdən toplayır. Bütün xərclər isə həmin şirkətlərin öz hesabına reallaşır.
Hazırda “ağ qızıl”ın yığımına başlanıb. Əgər Ermənistan silahlı qüvvələri terror aktlarından əl çəksə, hava daha da soyumadan pambıq sahələrdən toplanacaq. Əslində, havanın qeyri-sabit keçməməsi bu işi sürətləndirən amillərdən sayılır.
Daha ətraflı Baku TV-nin videosüjetində:
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR