» » Şevçenko Azərbaycanın bu kəndinə heyran oldu - Rusiyada belə kənd qalmayıb - VİDEO

Şevçenko Azərbaycanın bu kəndinə heyran oldu - Rusiyada belə kənd qalmayıb - VİDEO

Müəllif: Səma Zərdablı
//
Tarix: 15 dekabr 2020
//
Bölmə: Sosial
Şevçenko Azərbaycanın bu kəndinə heyran oldu - Rusiyada belə kənd qalmayıb -  VİDEO




Rusiyalı tanınmış siyasətçi, jurnalist, televiziya aparıcısı və ictimai xadim Maksim Şevçenko İsmayıllı rayonunun İvanovka kəndində olub
Şevçenko Azərbaycanın bu kəndinə heyran oldu - Rusiyada belə kənd qalmayıb - VİDEO
Rusiyalı tanınmış siyasətçi, jurnalist, televiziya aparıcısı və ictimai xadim Maksim Şevçenko İsmayıllı rayonunun İvanovka kəndində olub.
Korrupsiya-q.az xəbər verir ki, o, bu barədə rəsmi “Instagram” hesabında paylaşım edib.
Şevçenko bildirib ki, ruslar burada özlərini vətənlərindəki kimi hiss edirlər:
“Burada olmağı uzun müddətdir arzulamışam. Rusların vətənlərindən kənarda necə yaşadıqlarını görüb bilmək istəmişəm. Baxmayaraq ki, onlar buranı elə vətən sayırlar”.
İctimai xadim əlavə edib ki, hazırda Rusiyada belə kənd qalmayıb.
“Fəaliyyət göstərən kolxoz, təxminən min nəfərlik ən yeni məktəb, ən son standartlara uyğun tikilmiş uşaq bağçası, akt zalı olan bir mədəniyyət mərkəzi - Rusiyada praktiki olaraq belə kənd qalmayıb.
Burada rus xalqı ən yaxşı süd məhsulları istehsal edir. İnsanlar varlı olmasalar da, ləyaqətlə yaşayırlar.
Videoda sakit, təmiz küçələr və səliqəli evlər boyunca cənazə aparılır.
Və bir neçə gün əvvəl, isə, bu rus kəndində Vətəninin azadlığı uğrunda şəhid olan son mənzilə yola salınmışdı. Yerli sakinlər anasının ağlamadığını - ancaq oğlunu qürur və böyük ləyaqətlə basdırdığını deyirlər”.
banner125x125 banner125x125