Eldar Əzizov: “Badamdardakı sürüşmə ilə bağlı tədbirlər planı hazırlanacaq” - VİDEO
İlk növbədə ərazidə ekspertlər çalışıb rəsmi məlumat verməlidir. Bu sözügedən ərazidə ilk torpaq sürüşməsi deyil.
Oxu.Az-ın məlumatına görə, bu sözləri Badamdarda sürüşmə zonasına gələn Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
O bildirib ki, ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində işlər aparılır:
“Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və digər aidiyyəti qurumların mütəxəssisləri ərazidədir. FHN-nin nəznində xüsusi komissiya qrupu yaradılıb. Onlar məsələ ilə bağlı zəruri tədbirlər görəcəklər.
Bununla yanaşı tədbirlər planı hazırlanacaq. FHN-nin nümayəndələrinin də iştirakı ilə hazırlanacaq tədbirlər planı çərçivəsində dəymiş ziyanın hesablanması və digər məsələlər də öz əksini tapacaq”.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR