» » BDU rektoru: "Biz əliboş qalırıq"

BDU rektoru: "Biz əliboş qalırıq"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 18 aprel 2014
//
Bölmə: Sosial
BDU rektoru: "Biz əliboş qalırıq"


Azərbaycan Milli Elmər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2013-ci ildəki elmi və elmi-təşkilatı fəaliyyətinə həsr olunmuş ümumi yığıncağı keçirilib. ANS PRESS-in məlumatına görə, tədbiri akademiyanın prezidenti Akif Əlizadə açıq elan edib. O, bildirb ki, hesabat tədbirində AMEA-nın 2013-cü ildəki fəaliyyətinə nəzər salınacaq. Tədbirdə Azərbaycan Prezident Aparatının rəhbəri akademik Ramiz Mehdiyev, təhsil naziri Mikayıl Cabbarov, Fatma Abdullazadə və Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov da işirak edib.

Abel Məhərrəmov AMEA-nın iclaslarında İqtisadi İnkişaf Nazirliyinin və Maliyyə Nazirliyinin əməkdaşlarının iştirak etmədiyini söyləyib. Onun sözlərinə görə, sözügedən nazirliklər akademiyanın iclaslarında iştirak etməlidir:

“Universitet və akdemiya müəssiləri arasında əlaqələrdən danışmaq istəyirəm. Hörmətli Akif müəllim biz həmişə danışanda akademiyadakı problemlərə toxunur. İstəyərdik İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyinin əməkdaşları da burada iştirak etsinlər. Burada deyilənlər onlara daha çox aiddir. Bilmirik ki, burada deyilən məsələlər onlara çadırılırmı? İnformasi sahəsində magistr hazırlığının bu il həyata keçirilməsini düşünürük. Akademiyanın 150 mütəxəssisi BDU-da təhsil verir. Universitet ilk növbədə elmi mərkəzi, sonra tədris mərkəzidir. Tətqiaqatlar aparılan universitetlərə subisidiyalar verilməlidir. Gənc oğlanlarımız magistratura və doktrantura pilləsində hərbi xidmətdən azad olmalıdırlar. Magistr pilləsində oğlanlar əsgər gedirlər. Biz elmi fəaliyyəti qızlarla aparmaq məcburiyyətində qalırıq. O qızlar da analıq məzuniyyətinə çıxırlar və biz əliboş qalırıq”.


QafqazPRESS.az
banner125x125 banner125x125