Qanlı biznes paytaxt küçələrinə geri dönür
Həzi Aslanov qəsəbəsində küçələrdə heyvan kəsimi yenidən başlayıb. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına oxuculardan biri məlumat verib. Onun sözlərinə görə, yenidən insanların, uşaqların gözü önündə heyvan kəsirlər.
Bu məsələ Day.Az saytında ötən ilin dekabr ayında qaldırılmışdı. Həmin vaxt baytarlar həmin yeri nəzərdən keçirərək obyekt sahibini cərimə ediblər. Ancaq bir müddət keçəndən sonra hər şey əvvəlki qaydasına dönüb.
Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, əraziyə yenidən baxış keçiriləcək. Qanunsuz ət kəsimi halları aşkarlanarsa, qanunvericilik çərçivəsində müəyyən tədbirlər görüləcək.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR