» » Azərbaycanda yasda dava: mollanı təpiyin altına saldılar

Azərbaycanda yasda dava: mollanı təpiyin altına saldılar

Müəllif: Sevinc Novruzova
//
Tarix: 17 iyun 2014
//
Bölmə: Hadisə
Azərbaycanda yasda dava: mollanı təpiyin altına saldılar


Hüzr məclisində ruhani hacı Tahir Nuriyev vəhabilər tərəfindən döyülüb
Saatlı rayonunda şiə-sələfi qarşıdurması olub. Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, “islaminsesi.az” saytı sələfilərin zorakılığa əl atdığını yazıb.

Belə ki, hüzr məclisində ruhani hacı Tahir Nuriyev moizə edərkən, məclisdə olan vəhabilər onun sözünü kəsərək hacını təhqir ediblər.

Bununla sakitləşməyən sələfilər hacı Tahir Nuriyevi döyüblər.

Münaqişə edən tərəflər sonradan polis şöbəsinə aparılıblar. Bir neçə saatdan sonra hacı Tahir və onu döyən adamlar sərbəst buraxılıblar. Rayonun 800-ə qədər dindarının hacı Tahirin müdafiəsinə qalxdığı deyilir.

Dindarlar bu məsələ ilə bağlı cinayətkarların cəzalandırılmasını tələb ediblər.



QafqazPRESS.az
banner125x125 banner125x125