“Müsavata mayın 21-də cavab veriləcək”
Bakı merinin qurultay keçirmək üçün Müsavat Partiyasına yer verəcəyi ilə bağlı bizə müraciət daxil olmayıb. Bu sözləri “Qafqazinfo” ya açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı deyib.
G. Aslanlı bildirib ki, bu gün keçirilən məhkəmədə BŞİH-nin nümayəndəsi tərəfindən əsassız arqument irəli sürülüb: “ BŞİH-nin nümayəndəsi dedi ki, qurultayı mayın 24-də keçirmək istədiyinizə görə sizə cavab da mayın 21-də veriləcək. Bu arqument heç bir qanuna sığmır. Guya onlar qurultay keçirilməsi üçün edilən müraciəti də “Sərbəst toplaşmaq haqqında” qanuna əsasən müəyyənləşdirirlər. Həmin qanuna əsasən isə müraciətə cavab tədbirin keçirilməsinə üç gün qalmış verilir”.
Başqan müavini əlavə edib ki, bu əsassız arqumenti BŞİH-nin onlara yer verməmək niyyəti kimi qiymətləndirirlər: “ Bizlə söz oyunu oynayırlar. Hal buki Müsavat Partiyasının Nizamnaməsinə əsasən qurultayın yeri 1 ay əvvəldən məlum olmalıdır. İndi qurultaya üçü gün qalmış bir yer deyəcəklər, sonra da bildirəcəklər ki, Müsavat Partiyası verilən yerlə razı olmadı”.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR