ƏFV SƏRƏNCAMI NƏVAXT İMZALANACAQ?
Qafqazpress.com xəbər verir ki, Novruz bayram ilə əlaqədar əfv sərəncamının imzalanacağı dəqiqləşib. Artıq Əfv Komissiyasının iclasları başa çatıb və yekun siyahı prezidentə təqdim olunub. Bir sözlə, sərəncamın imzalanması an məsələsidir.
Əfv sərəncamı bu gün verilməzsə, böyük ehtimalla gələn həftənin ilk günü, yəni martın 18-də imzalanacaq.
Heç şübhəsiz ki, sərəncam ətrafında gedən müzakirələrin əsasını siyasi məhbuslarla bağlı məsələ təşkil edir. Əldə etdiyimiz məlumata görə, əfv siyahısı kifayət qədər böyükdür. Azadlığa qovuşacağı gözlənilənlər sırasında tanınmış məhbusların da olacağı deyilir. Yayılan məlumatlara görə, əfv siyahısında 50-dən çox siyasi məhbusun adı yer alacaq.
Musavat.com olaraq ötən həftə kiçik bir araşdırma apararaq ən çox azadlığa çıxmaq şansları olan siyasi məhbuslardan ibarət siyahı hazırlamışdıq. Siyahıda sabiq səhiyyə naziri Əli İnsanov istisna olmaqla daha çox cəzalarının böyük hissəsini çəkən siyasilərin adları yer alırdı. Sözsüz ki, əfv etmək ölkə prezidentinin müstəsna səlahiyyətidir. Amma bu əfvin geniş olacağı barədə yayılan xəbərləri, eləcə də, əfv siyahısında çoxsaylı siyasi məhbusun adının yer alacağı barədə deyilənləri düşünsək, ilk göz önünə aşağıdakı siyahıda təqdim edəcəyimiz siyasilər gəlir.
Ə.İnsanov- 2005-ci ildə həbs edilib. 11 illik cəzasının bitməsinə üç ay qalmış ona qarşı əlavə ittihamlar irəli sürülüb. 2017-ci il aprelin 26-da 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib.
İlkin Rüstəmzadə – NİDA Vətəndaş Hərəkatının üzvüdür. “Əsgər ölümlərinə son” aksiyasına görə 2013-cü ildə həbs edilib. 8 il cəza alıb.
Elgiz Qəhrəmanlı -NİDA-çıdır. 2016-cı il avqustun 12-də saxlanılıb. 2017-ci ilin yanvarında 5 il yarım cəza alıb. Həmin ilin noyabrında onun cəzası 3 ilə endirilib. Həbs müddəti bu il avqustun 12-də başa çatır.
Seymur Həzi – AXCP sədrinin müavinidir. 2014-cü ilin avqustunda həbs edilib. 5 il cəza alan AXCP funksionerinin avqustda cəzası bitir.
Fuad Qəhrəmanlı – AXCP sədrinin müavinidir. 2015-ci ilin dekabrında saxlanılıb. 2017-ci ilin yanvarında 10 il müddətinə azadlıqdan məhrum edilib.
Asif Yusifli – Qarabağ qazisi, AXCP funksioneridir. 2014-cü ilin noyabrında həbs olunub. İlk olaraq 7 il yarım cəza alan Qarabağ qazisinin həbs müddəti 2015-ci ilin iyulunda Ali Məhkəmə tərəfindən 6 ilə endirilib.
Fikrət Fərəməzoğlu – Jam.az saytının rəhbəridir. 2016-cı ilin iyununda həbs edilib. İlk olaraq 7 il cəza alan sayt rəhbərinin ötən ilin sentyabrında Ali Məhkəmədə şikayətinə baxılıb və onun həbs müddətindən bir il götürülüb.
Əlikram Xurşudov – Müsavat Partiyasının Şirvan rayon təşkilatının sədridir. 2017-ci ilin noyabrından məhbus həyatı yaşayır. 5 il cəza alan təşkilat sədrinin cəzası ötən ilin avqustunda 4 il yarıma endirilib.
Əliabbas Rüstəmov – vəkildir. 2014-cü ilin iyununda saxlanılıb. 7 il cəza alıb.
Bayram tətilində rayonlara gedənlərə ŞAD XƏBƏR
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR